İQTİSADİYYAT
Doqquz ayda bir istehlakçı orta hesabla ayda 475,3 manat vəsait xərcləyib

Bakı, 17 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 43 milyard manat olmaqla ötən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,3 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri keçən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 4,3 faiz artaraq 41,5 milyard manata bərabər olub, onun 46,7 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 475,3 manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 71,6 manat çox vəsait xərcləyib.