MƏDƏNİYYƏT
Doqquz müxtəlif istiqaməti əhatə edən metodiki vəsait hazırlanıb
Bakı, 25 noyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən doqquz müxtəlif istiqaməti əhatə edən metodiki vəsaitlər hazırlanıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu doqquzluğa - “Dəyirmi masaların təşkili qaydaları”, “Mədəniyyət müəssisələrində ictimaiyyətlə əlaqələr işinin təşkili”, “Xalq tamaşalarının və oyunlarının səhnələşdirilməsi”, “Heydər Əliyev Mərkəzlərinin ekspozisiyalarının nümunəvi tematik strukturu”, “Mədəniyyət müəssisələrinin əməkdaşları üçün sosial şəbəkələr haqqında ilkin biliklər”, “Uşaq xoru və onunla işin mahiyyəti” adlı metodiki tövsiyələr, həmçinin “Musiqi savadı və musiqi dinləmə”, “Azərbaycan xalq musiqisinin əsasları” kimi fənn üzrə gündəlik dərs planları daxildir.
Nazirliyin tövsiyəsinə əsasən hazırlanmış vəsaitlərin müvafiq mədəniyyət müəssisələrinə göndərilməsi ilə yanaşı, yerlərdə təqdimatların aparılması da nəzərdə tutulub.