Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilk Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşır

Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilk Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşır

Bakı, 18 may, AZƏRTAC

Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının başlanmasına çox az vaxt qalır. Hazırda bununla bağlı hazırlıq işləri yekun mərhələyə daxil olub. Bu möhtəşəm idman tədbiri ilə əlaqədar Nəqliyyat Nazirliyinin və onun strukturlarının üzərinə də məsul vəzifələr düşür. Nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov rəhbərlik etdiyi qurumun Oyunlara hazırlıq istiqamətində gördüyü tədbirlər barədə AZƏRTAC-a məlumat verərək deyib:

- Avropanın tarixində ilk dəfə keçirilən Oyunların ev sahibi kimi Azərbaycan paytaxtının seçilməsi təsadüfi deyil. Bu tarixi qərarın qəbul edilməsində, əlbəttə, ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb. Son illər ərzində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir, güclü ölkə kimi təqdim edə bilib və bu gün dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır.

Azərbaycan dövlət müstəqilliyinin bərpa etdikdən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində respublikamızda müstəqil dövlət quruculuğu və ölkəmizin sosial-iqtisadi inkişafı yolunda geniş miqyaslı işlər görülüb, yüksək nailiyyətlər əldə edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün keyfiyyətcə yeni inkişaf dövrünü yaşayan respublikamızda iqtisadiyyatın bütün sahələrində, o cümlədən nəqliyyat sektorunda möhtəşəm, bir çox hallarda regionda ilk dəfə tətbiq edilən, ən yeni texnologiyalara əsaslanan nəhəng layihələr həyata keçirilir.

“Bakı-2015” ilk Avropa Oyunları ilə əlaqədar Nəqliyyat Nazirliyinin üzərinə olduqca böyük məsuliyyət düşür. Oyunlara hazırlıq prosesində nazirlik bilavasitə ilk Avropa Oyunlarının Əməliyyat Komitəsi ilə birgə fəaliyyət göstərib və nəqliyyat-yol kompleksi üzrə öhdəsinə düşən işlərin tələb olunan səviyyədə, yüksək keyfiyyətlə yerinə yetirilməsinə çalışıb. Oyunların keçirilməsinə hazırlıq dövründə və keçirilmə müddətində Nəqliyyat Nazirliyi üzrə müəyyən edilmiş “Tədbirlər Planı”ndan irəli gələn vəzifə və funksiyaların həyata keçirilməsi istiqamətində nəqliyyat naziri Ziya Məmmədovun birbaşa rəhbərliyi ilə nazirliyin struktur bölmələri və qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilib. Avtomobil yolları, avtomobil nəqliyyatı, hava və dəmir yolları, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin fəaliyyəti ilə bağlı iri miqyasda işlər görülüb.

Nəqliyyat parkı yenilənib, paytaxta yeni avtobuslar, taksi maşınları gətirilib, yeni yol qovşaqları istifadəyə verilib. Bir sözlə, Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar nəqliyyatın ahəngdar fəaliyyətinin, daşımaların təhlükəsizliyinin təmin edilməsinin və digər təşkilati məsələlərin əlaqələndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib.

“Bakı-2015” birinci Avropa Oyunlarının iştirakçılarına və qonaqlarına nəqliyyat xidmətləri göstərəcək avtomobil sürücülərinin Nəqliyyat Nazirliyi tərəfindən hazırlanması da məhz görülmüş işlərin bir hissəsidir. Bu məqsədlə 1509 avtobus və 1917 taksi sürücüsünün siyahısı elektron və çap variantında hazırlanaraq Nəqliyyat Nazirliyinə və Avropa Oyunlarının Əməliyyat Komitəsinin nəqliyyat departamentinə təqdim olunub. Sürücülər barədə toplanılmış məlumatlar, aidiyyəti üzrə yoxlamaq üçün müvafiq orqanlara göndərilib. Sürücülər üçün təlimlərin birinci mərhələsi Atletlər kəndində keçirilib. Avtobus sürücüləri üçün təlimlərin birinci nəzəri mərhələsi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tədris-kurs kombinatının mütəxəssisləri tərəfindən 2015-ci il yanvarın 14-dən 28-dək, taksi sürücüləri üçün təlimlərin birinci nəzəri mərhələsi isə fevralın 5-dən 23-dək keçirilib. Təlimlərin bu mərhələsini 851 avtobus və 1393 taksi sürücüsü müvəffəqiyyətlə başa vurub.

Təlimlərin ikinci praktiki sürücülük mərhələsi 2015-ci il martın 27-dən aprelin 14-dək “Bakı Bus” şirkətinin sürücülük təlim mərkəzində keçirilib və 804 sürücü bu mərhələni başa vuraraq müvafiq sənədlər alıb. Taksi sürücüləri üçün təlimlərin ikinci mərhələsi isə 2015-ci il martın 27-dən aprelin 26-dək təşkil olunub. Həmin mərhələni isə 1258 sürücü keçib və onlarla müqavilə imzalanıb.

Hazırda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “Bakı Sərnişin və Yük Daşımalarının təşkili” MMC tərəfindən təlimlərin ikinci mərhələsini uğurla başa vuran avtobus və taksi sürücüləri ilə müqavilə bağlanıb, onlar üçün hazırlanan plastik maaş kartlarının paylanılmasına başlanılıb.

Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili, o cümlədən oyunlar zamanı nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir və Dövlət Avtomobil Nəqliyyatı Xidmət bu istiqamətdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək əzmindədir.

Ümumiyyətlə, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın birbaşa rəhbərliyi ilə oyunların keçirilməsinə hazırlıq prosesində müvafiq qurumlar qarşıya qoyulan vəzifələri yüksək səviyyədə həyata keçirməyə çalışıblar. Görülmüş irimiqyaslı işlərin həcminə əsaslanaraq deyə bilərik ki, Azərbaycan Avropa Oyunlarına ev sahibliyi etmək üzrə birinci olmaq vəzifəsinin öhdəsindən layiqincə gələcək. “Bakı-2015” Avropa Oyunlarının tarixinə Azərbaycanın və azərbaycanlıların qələbəsi kimi yazılacaq.

Azərbaycan Respublikanın sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edən nəqliyyat sisteminin son illər ərzindəki fəaliyyəti bütövlükdə nəqliyyat sektorunun təkmilləşdirilməsinə, əhalinin və iqtisadiyyatın daşımalara olan tələbatının tam ödənilməsinə, həyata keçirilən islahatların bu sahənin işinin daha səmərəli təşkilinə yönələrək Nəqliyyat Nazirliyinin daim diqqət mərkəzində olub. Nəqliyyatın cari fəaliyyəti və xüsusən də qəbul olunmuş Dövlət Proqramları ilə müəyyən edilən tədbirlərin dəqiq icrası istiqamətində məqsədyönlü işlər görülür.

2003-cü ildən başlayaraq nəqliyyat sistemində köklü islahatlar, sürətli inkişaf və yüksəliş dövrü başlanıb. Ölkəmizdə müasir nəqliyyat sisteminin formalaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, daşımaların asanlaşdırılması, təhlükəsizliyin təmin edilməsi, bütövlükdə nəqliyyat xidmətinə olan tələbatın keyfiyyətlə ödənilməsi və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə nəqliyyat-yol kompleksində icra olunan layihələr sürətlə davam etdirilib.

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin də bu sahədə xüsusi fəaliyyəti var. Xidmət avtomobil nəqliyyatı sahəsində dövlət siyasətinin işlənib hazırlanmasında və bu sahədə normativ hüquqi tənzimləmənin həyata keçirilməsində iştirak edir, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının inkişafı sahəsində tədbirlər görür. Habelə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı subyektləri tərəfindən beynəlxalq norma və qaydalara, Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarəti həyata keçirir, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkilini və bu sahədə dövlət sifarişinin formalaşdırılmasını təmin edir, avtomobil nəqliyyatı ilə daşımaların vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görür, qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Son illər avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarının təhlükəsizliyi, daşımaların ekoloji norma və tələbləri təmin edən yeni texnologiyalar əsasında təşkili və xidmət səviyyəsinin yüksəldilməsi, avtomobil nəqliyyatı infrastrukturunun yeniləşdirilməsi istiqamətində işlər aparılıb, taksi minik avtomobilləri ilə sərnişin daşımaları xidmətinin səviyyəsinin yaxşılaşdırılması ilə bağlı görülən işlər davam etdirilib.

Azərbaycanda taksi minik avtomobilləri ilə sərnişin daşımalarının inkişaf etdirilməsi və müasir tələblər səviyyəsində tənzimlənməsi, taksi daşımalarının keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsi, bu sahədə effektiv iqtisadi şəraitin yaradılmasını təmin etmək qarşımızda duran əsas vəzifələrdən biridir. Bu məqsədlə Bakı şəhərində əhalinin avtomobil nəqliyyatı ilə daşımalara olan ehtiyacının təmin olunmasının təşkili, şəhərdaxili, şəhərətrafı avtobus sərnişin daşımalarının tənzimlənməsi, daşıma xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, avtobus, taksi və yük daşımaları xidmətlərini göstərən hüquqi və fiziki şəxslərlə qanunvericilikdə müəyyən olunmuş qaydada hüquqi münasibətlərin tənzimlənməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi istiqamətində Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən müvafiq işlər görülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspertlər: Stressə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib