DÖVLƏT BAŞÇILARININ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, mayın 22-də Kiyevdə “Qorodetski Evi”ndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yuşşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur. Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələri inkişaf etdirmək üçün yaxşı potensialın olduğu və bu sahələrdə layihələrin həyata keçirilməsinin zəruriliyi bildirildi.
İkitərəfli münasibətlərin hazırkı səviyyəsindən, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olundu. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etdiyi vurğulandı.
Azərbaycan-Ukrayna əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirildi.
######
