DÖVLƏT BAŞÇILARININ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 5-də Qazaxıstan Prezidentinin sarayında - “Akorda”da Astananın 10 illiyi ilə əlaqədar təntənəli yubiley tədbirlərində iştirak edən dövlət başçılarının görüşü olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak etmişdir.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev dövlət başçılarını səmimiyyətlə qarşıladı, onlara “Astananın 10 illik yubileyi medalı”nı təqdim etdi.
Dövlət başçıları fikir mübadiləsi apardılar.
Görüşün sonunda xatirə şəkli çəkdirildi.
######
![]() |
![]() |
![]() |
![]() |



