REGİONLAR
Dövlət Gömrük Komitəsi sədrinin Qobustan şəhərində vətəndaşların qəbulu vaxtı dəyişib
Bakı, 24 may, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin Qobustan şəhərində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlində nəzərdə tutulan qəbul gününün tarixi dəyişdirilərək mayın 27-dən mayın 26-na keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, DGK sədri Aydın Əliyev mayın 26-da saat 11:00-da Qobustan şəhərində Gənclər Evində (Təzə məhəllə) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı Qobustan şəhərinin və bölgədə yerləşən Qobustan, Şamaxı, Ağsu, İsmayıllı rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar mayın 25-i saat 10:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Sumqayıt Baş Gömrük İdarəsi (əlaqə telefonu: (018) 655-16-19) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.