REGİONLAR
Dövlət Gömrük Komitəsinin sədri Gədəbəydə vətəndaşları qəbul edib VİDEO
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq iyunun 23-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Gədəbəy şəhərindəki mədəniyyət və turizm şöbəsinin inzibati binasında Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.