ELM VƏ TƏHSİL
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ QEYD OLUNMUŞDUR
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramlarına həsr olunmuş tədbir keçirilmişdir.
DİA-dan AZƏRTAC-a bildirmişlər ki, rektor, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciətinin əhəmiyyətini vurğulamışdır.
Rektor Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün bayram edilməsi tarixindən bəhs edərək, bu əlamətdar günün qeyd olunmasında xalqımızın müdrik oğlu, ulu öndər Heydər Əliyevin tarixi rolunu nəzərə çarpdırmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlü siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran rektor respublikamızın iqtisadiyyatında və digər sahələrdə çox böyük nailiyyətlər əldə olunduğunu söyləmişdir. Eyni zamanda, bayramlar münasibətilə müəllim və tələbələri təbrik etmişdir.
Sonra maraqlı ədəbi-bədii kompozisiya göstərilmişdir.