İQTİSADİYYAT
Dövlət İdarəçilik Akademiyasının tələbələrinə sığorta təlimi keçirilib
Bakı, 10 dekabr, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) “Sığortalı gənclik” layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələrinə sığorta təlimi keçirilib.
ASA-dan AZƏRTAC-a bildirilib ki, 50-dən çox tələbənin qatıldığı tədbirdə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov layihənin məqsədi və sığortanın mahiyyəti barədə məlumat verib.
Görüşdə tələbələrin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb, iştirakçılar sığorta sahəsinə aid maraqlı fikirlər səsləndiriblər.
Qeyd edək ki, “Sığortalı gənclik” layihəsi Maliyyə, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə həyata keçirilir.