ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzi iyulun 27-də keçirilən qəbul imtahanının nəticələrini açıqlayıb
Bakı, 28 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahan zamanı təxliyə olunan abituriyentlər üçün iyulun 27-də keçirilmiş yeni qəbul imtahanının nəticələrini elan edib.
İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.
DİM-dən AZƏRTAC-a bildirilib ki, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
İştirakı gözlənilən 832 abituriyentdən 98-i imtahanda iştirak etməyib. İki abituriyent imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və onlain nəticələri ləğv edilib.