ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Qax şəhərində vətəndaşları qəbul edəcək
Bakı, 21 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Qax şəhərində vətəndaşları qəbul edəcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, qəbul iyunun 28-də saat 12-də Qax şəhər Heydər Əliyev Mərkəzində (N.Nərimanov pr., Qax Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Şəki regional bölməsinə müraciət etmələri (əlaqə tel (024 244 66 14) xahiş olunur.
Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Qax, Zaqatala və Balakən rayon təhsil şöbələrinə müraciətə edə bilərlər.
Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.