Dövlət Komitəsində görüş keçirilib
Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov “Xilaskar” Yevangelik Lüteranların Bakı dini icmasının sədri Vera Nesterova, icmanın pastoru Lemke Qothard Günter Valter ilə görüşüb.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, görüşdə icmanın fəaliyyəti ilə bağlı yeni imkanlar müzakirə olunub, perspektivlər və qarşıda duran məsələlərdən bəhs edilib. Eyni zamanda, keçiriləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. İcmanın fəaliyyəti ilə bağlı qanunvericiliyin tələbləri izah edilərək qaldırılan məsələnin həllinə köməklik və dəstək göstəriləcəyi diqqətə çatdırılıb.
Sonda icma üzvləri Azərbaycanda dini qurumların, ibadət ocaqlarının fəaliyyəti üçün yaradılan hüquqi-mənəvi şəraitdən razılıqlarını ifadə edərək dövlətin dini konfessiyalara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.11.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 21.11.2026 [17:57]
FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub
- 21.11.2026 [15:09]
Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb
- 21.11.2026 [14:30]
“Yeməyə dəyər”də bu dəfə heyvadan fərqli təamlar hazırlandı VİDEO
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Peruda güclü zəlzələ baş verib
- [07:09]