Dövlət Məşğulluq Agentliyi daha 300-dən çox şəxsi peşə kurslarına cəlb edib

Bakı, 23 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən son bir həftədə daha 329 nəfər işsiz və işaxtaran şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 116-sı üçün Agentliyin peşə hazırlığı mərkəzlərində, 213-ü üçün özəl tədris müəssisələrində kurslar təşkil olunub.
İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan kursları uğurla başa vuranların işlə təminatı da həyata keçirilir.
Kurslarda iştirakçılara müxtəlif peşələr üzrə nəzəri və praktiki biliklər tədris edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.06.2025 [19:20]
Böyük Britaniyada yaşayan azərbaycanlı nüfuzlu cəmiyyətin üzvü olub
- 21.06.2025 [18:31]
Bakıda keçirilən yerli şirkətlərin sərgisi başa çatıb
- 21.06.2025 [18:00]
Quş qripi xəstəliyinə qarşı monitorinqin nəticələri açıqlanıb
- 21.06.2025 [17:32]
AQTA: Yeni qida normalarının tətbiqi sağlam inkişafa müsbət təsir göstərəcək
- 21.06.2025 [16:35]