Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Dövlət Miqrasiya Xidməti işəgötürənlərin məlumatlandırılması ilə bağlı tədbir keçirib

Bakı, 14 iyun, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) işəgötürənlərin məlumatlandırılması ilə bağlı növbəti tədbir keçirib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, respublikamızda fəaliyyət göstərən işəgötürənlərin nümayəndələri ilə görüşdə Xidmət rəisinin birinci müavini Vəli Nağıyev Prezident İlham Əliyevin Azərbaycanda özəl sektora, sahibkarlığa yaratdığı şəraitdən danışıb. O, dövlətimizin başçısının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq, Dövlət Miqrasiya Xidmətinin bu sahə ilə bağlı mərkəzi icra hakimiyyəti orqanı kimi qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində gördüyü işlərdən bəhs edib. Görüşün həm qanunvericilikdəki müəyyən yeniliklər barədə məlumatı iştirakçıların diqqətinə çatdırmağa, eləcə də sahibkarlıq subyektlərinin, işəgötürənlərin əcnəbi işçi qüvvəsini haqqı ödənilən əmək fəaliyyətinə cəlb etmələri ilə bağlı müəyyənləşdirilmiş prosedurlara əməl etmələrinin təşviqinə xidmət etdiyi bildirilib.

Tədbirdə Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli qərarı ilə təsdiq olunmuş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nın tələbləri barədə məlumat verilib. Bildirilib ki, daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik olan Azərbaycan vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanlarının, işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı, habelə yüksəkixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi nəzərə alınmaqla təsdiq edilmiş Qaydaya görə, işəgötürənlər hər il mayın 1-dək DMX-yə növbəti il üçün Məşğulluq Təsnifatı üzrə peşələr göstərilməklə əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat təqdim etməlidirlər. Amma müəyyən şirkətlərin, holdinqlərin, bir sözlə, bəzi işəgötürənlərin proqnoz məlumatı vaxtında və yaxud dolğun şəkildə təqdim etmədikləri və nəticədə əmək miqrasiyası kvotası təsdiq ediləndən sonra həmin işəgötürənlərin tələbata uyğun sayda əcnəbi mütəxəssisi işə cəlb edə bilmədikləri və bu halın da onların biznes-planlarına təsirləri kimi məsələlər ortaya çıxır. Çünki əmək miqrasiyası kvotası təqvim ili ərzində respublika ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddidir. Ona görə də hər bir işəgötürən planlaşdırdığı layihələrdə əcnəbi işçi qüvvəsinə ehtiyacı əvvəlcədən müəyyən etməli və qəbul edilmiş qaydaya uyğun olaraq təyin olunmuş müddətdə proqnoz məlumatların aidiyyəti üzrə DMX-yə təqdim olunmasını təmin etməlidir. Proqnoz-məlumat forması Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində (http://migration.gov.az) yerləşdirilib və onlayn rejimdə işləyir.

Diqqətə çatdırılıb ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə Azərbaycan Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanına uyğun olaraq, DMX-nin Apellyasiya Şurası və onun Katibliyi yaradılıb, tərkibi və Şuranın Əsasnaməsi təsdiq edilib. Təqdirəlayiq haldır ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən Xidmətə hər hansı şikayət daxil olmayıb.

Görüşdə qeyd olunub ki, bu gün ölkəmizdə həyata keçirilən böyük layihələrdə yerli əmək ehtiyatlarından istifadə edilməsi prioritetlərdəndir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın inkişafından birinci növbədə onun vətəndaşı faydalanmalıdır. DMX bu siyasətin icraçısı olaraq ölkənin energetika, neft-qaz layihələrində milliləşmə proqramının icrasına bu baxımdan töhfə verir. “Əsrin müqaviləsi”ndə əksini tapan müddəalara əsasən, ölkəmizin neft-qaz yataqlarında operator, kontraktor, sub-kontraktor olan şirkətlərin hər biri özlərinin milliləşmə proqramlarını işləyib tamamlayıb və 2014-2018-ci illəri əhatə edən milliləşmə proqramı təsdiq olunub. Plana uyğun olaraq, milliləşdirmə siyasəti nəticəsində neft-qaz layihələrində işləyən Azərbaycan vətəndaşlarının sayı 78 faizdən 90 faizədək yüksəldilib. 2018-ci ildə bu sahədə milli kadrların 95 faiz təşkil etməsi hədəf olaraq müəyyənləşdirilib.

Sonra qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri və əldə olunmuş nəticələr haqqında iştirakçılara məlumat verilib. Həm işəgötürənlərin, həm də əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qanunvericiliyin tələblərinə əməl etmələrinin zəruriliyi bir daha izah edilib. Vurğulanıb ki, Dövlət Miqrasiya Xidməti Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) vasitəsilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət edir.

Qeyd edilib ki, görüş Azərbaycanda işəgötürənlərin rahatlıqlarının təmin edilməsinə, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, o cümlədən ölkəmizə xarici investisiyaların qoyulmasının, həmçinin yeni iş yerlərinin açılması üçün əlverişli şəraitin yaradılmasının, bu istiqamətlərdə fəaliyyət göstərən istər yerli, istərsə də əcnəbi fiziki və hüquqi şəxslərin ölkəmizin miqrasiya qanunvericiliyinin tələblərinə əməl etməklə uğurlu fəaliyyətlərinin stimullaşdırılmasına xidmət edir.

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

İştirakçılar tədbirin təşkilindən razı qaldıqlarını bildiriblər. İş adamı Müjdelim Bozqurd, BP şirkətinin nümayəndəsi Sevda Nağıyeva, Azərbaycanda Amerika Ticarət Palatasının məsul şəxsi Rəşid Məmmədov və başqaları ətraflı məlumata və maarifləndirməyə görə minnətdarlıq ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub