CƏMİYYƏT
Dövlət Miqrasiya Xidmətinin “Miqrasiya Məktəbi-2” layihəsi çərçivəsində təlimlər təşkil edilib
Bakı, 23 yanvar, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) həyata keçirdiyi “Miqrasiya Məktəbi-2” layihəsi çərçivəsində təlimlər təşkil edilib.
DMX-dən AZƏRTAC-a bildirilib ki, qurumun Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev “Azərbaycanın miqrasiya siyasəti”, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT-nin) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev isə “Miqrasiyanın idarə edilməsində beynəlxalq təşkilatların rolu” mövzularında təlim keçiblər.
Təlim iştirakçılarına Azərbaycanın miqrasiya siyasəti, BMqT-nin miqrasiya proseslərinin idarə edilməsində rolu, habelə beynəlxalq təşkilatın həyata keçirdiyi tədbirlərə dair ətraflı məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətinin “Miqrasiya Məktəbi-2” layihəsi 2019-cu ilin dekabrından etibarən həyata keçirilir.