MƏDƏNİYYƏT
Dövlət Müstəqilliyi Günü konsert proqramı ilə qeyd olunub
Bakı, 18 oktyabr, AZƏRTAC
Tərtər rayon Mədəniyyət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, rayon icra hakimiyyəti və mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə 18 oktyabr- Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konsert təşkil olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, konsertdən Bakı şəhərindən qonaq gəlmiş incəsənət ustaları, xalq və əməkdar artistlər iştirak ediblər. Tamaşaçılar Xalq artistləri Simarə İmanovanın, Cəmilə Bayramovanın, Əməkdar artistlər Zakir Əliyevin, Nüşabə Ələsgərlinin, aşıq Solmaz Kosayevanın ifalarını alqışlarla qarşılayıblar.
Sonda rayon icra hakimiyyətinin başçısı M.Məmmədov tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib, Mədəniyyət və Turizm Nazirliyinə və incəsənət ustalarına öz təşəkkürünü bildirib.