İQTİSADİYYAT
Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi Xəzər dənizində seysmik işlər aparmışdır
Bakı, 10 fevral (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Geofizika və Geologiya İdarəsi Xəzər dənizində seysmik işlər aparmışdır.
AZƏRTAC xəbər verir ki, “Bahar Energy Operating Company LTD” əməliyyat şirkətinin sifarişi əsasında Kəşfiyyatgeofizika idarəsinin 1 saylı dəniz ekspedisiyası Xəzər dənizinin “Bahar-2” sahəsində yerinə yetirilən üçölçülü seysmik kəşfiyyat işlərini uğurla başa çatdırmışdır. Seysmik işlər “Aram Aries” tipli seysmik stansiya, ona aid dəniz dibi telemetrik hörük və avadanlıqlarla, “Geofizik-1”, “Geofizik-3” elmi-tədqiqat, “Aura” yedək gəmiləri və müvafiq qayıqlar vasitəsi ilə yerinə yetirilmişdir. Alınmış materialların keyfiyyəti qənaətbəxşdir və sifarişçi tərəfindən tam qəbul olunmuşdur.
Qeyd edək ki, bu kimi seysmik işlərin gələcəkdə Xəzər dənizinin digər sahələrində də davam etdirilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]