İQTİSADİYYAT
Dövlət Neft Şirkətinin stendi Kazanda xüsusi sertifikata layiq görülüb
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şirkət tədbirdə xüsusi stend və nümayəndə heyəti ilə təmsil olunub. Şirkətin son illərdə gördüyü işlər və əldə etdiyi nailiyyətlər sərgiyə gələnlər tərəfindən böyük maraqla qarşılanıb.
Forum-sərgidə qazma, hasilat və nəql zamanı meydana çıxan problemlər, avtomatik ölçmə və tənzimləmə, ekoloji məsələlər, aviakosmik texnologiyanın neft sənayesində tətbiqi və nanotexnologiya ilə məşğul olan bir sıra şirkətlərlə danışıqlar aparılıb. Dövlət Neft Şirkəti ilə əməkdaşlıqda maraqlı olan şirkətlərə öz təkliflərini təqdim etmələri tövsiyə olunub.
Konfransın təşkilatçıları ARDNŞ-in stendini yüksək səviyyəli dizayn, maraqlı tərtibat və dolğun məzmununa görə xüsusi sertifikata layiq görüblər.