DÖVLƏT PROQRAMI UĞURLA HƏYATA KEÇİRİLİR
Bərdə Rayon Statistika İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ötən 9 ayda rayonda 60 yeni obyekt istifadəyə verilmiş, 1166 nəfər müxtəlif sahələrdə işlə təmin olunmuşdur. Sənaye müəssisələrində 13,8 milyard manatlıq məhsul istehsal edilmişdir.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 4.237 nəfərə çatmış, orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrünə nisbətən 30 faiz artmış, pərakəndə əmtəə dövriyyəsinin həcmi 131,8 milyard manat olmuşdur. Taxıl, pambıq, tərəvəz, heyvandarlıq məhsulları istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxalmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:51]
Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb
- 05.10.2026 [14:57]
“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq
- 05.10.2026 [14:13]
Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək
- 05.10.2026 [13:31]