Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Dövlət proqramı: Xalça sənətinin qorunması və inkişafı ilə bağlı hansı işlər görülüb?

Bakı, 27 dekabr, AZƏRTAC

“Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” artıq başa çatır. Dövlət proqramı çərçivəsində ötən beş ildə xalça sənətinin qorunması və inkişaf etdirilməsi istiqamətində hansı işlər görülüb?

Milli Xalça Muzeyi AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət proqramı çərçivəsində görülən işlərə aydınlıq gətirib.

Verilən məlumata görə, Dövlət Proqramının ənənəvi çeşnilər əsasında və bölgənin ənənələrinə uyğun naxış və rəng ahənginin seçilməsi yolu ilə xalq sənətkarlarının öyrənilməsi və təbliği bəndinə uyğun olaraq muzeyin Ənənəvi texnologiya şöbəsinin peşəkar rəssamları tərəfindən unudulmaqda olan toxuculuq ənənələri, texnikaları dirçəldilib, həmçinin qədim xalça motivləri və kompozisiyaları bərpa edilib. Mütəmadi keçirilən ustad dərslərində ənənəvi çeşnilər əsasında və bölgə ənənələrinə uyğun naxış və rəng ahənginin seçilməsi yolu ilə xalçatoxuma prosesi nümayiş olunub.

Bununla yanaşı, Azərbaycan xalça sənətinin dünyadakı şöhrətini daha da artırmaq məqsədilə beynəlxalq müsabiqələr keçirilib. 2019-cu ildə böyük mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi, 2021-ci ildə isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Xalça Muzeyi və Heydər Əliyevin Fondunun birgə təşkilatçılığı ilə Beynəlxalq xalça eskizi müsabiqəsi təşkil edilib. Hər iki müsabiqənin qaliblərinin eskizləri əsasında Ənənəvi texnologiya şöbəsində xalçalar toxunub və ictimaiyyətə təqdim olunub.

“Azərbaycan Milli Xalça Muzeyi təcrübəsində boyanmamış yundan toxunan xalçalar” layihəsi muzeyin Dövlət Proqramı çərçivəsində həyata keçirdiyi önəmli işlərdəndir. Muzeyin Elmi-tədqiqat və milli irsin qorunub saxlanması şöbəsi bu qədim texnoloji üsulla bağlı elmi araşdırmalar aparıb və onun elmi-nəzəri əsaslarını işləyib. Daha sonra təbii rəngli iplərdən muzey kolleksiyasında son illərdə əldə edilmiş nadir klassik xalça kompozisiyaları əsasında replikalar hazırlanıb. 2020-ci ildə bu texnoloji üsulla toxunan xalçalar ictimaiyyətə təqdim edilib.

Qeyd olunub ki, Dövlət proqramının Xarici ölkələrin muzeylərində saxlanılan nadir Azərbaycan xalçalarının Azərbaycana mənsubluğunun göstərilməsi istiqamətində fəaliyyətin həyata keçirilməsi bəndinə uyğun olaraq 2018-2022-ci illər ərzində Azərbaycan Milli Xalça Muzeyi mütəmadi olaraq xarici muzey və şəxsi kolleksiyalarda qorunan xalçaları müəyyənləşdirərək onların atribusiya məsələsini qaldırıb və Azərbaycana mənsubluğunu elmi faktlarla sübut etməklə bir sıra işlər görüb.

2018-сi ildə P.S.Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyi tərəfindən nəşr olunan “Dağıstan xalçaları” kitabında təqdim olunan 22 xalçanın Azərbaycana aid olduğu müəyyənləşdirilib və düzgün atribusiyası muzeyə təqdim olunub. 2018-2019-cu illərdə İstanbulda Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasında qorunan 108 xalçanın Azərbaycana aid olduğu müəyyənləşdirilib. Aparılan tədqiqatların yekunu olaraq “Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasından Azərbaycan xalçaları” adlı sərgi keçirilib və eyni adlı kitab-kataloq nəşr olunub. Kataloqda əksini tapan xalçaların elmi atribusiyası yenilənib.

2019-cu ildə Rusiya Dövlət Şərq Xalqları Muzeyinin kolleksiyasından 26 eksponatın (5 xalça, 2 xalça məmulatı, 7 mis qab və 12 bədii tikmə) elmi atribusiyası təqdim olunub. Elə həmin ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Fransanın Luvr Muzeyi arasında imzalanmış müqaviləyə əsasən Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi açılıb. Sərgidə Luvr Muzeyinin fondunda saxlanılan 3 (üç) ədəd Azərbaycanın Şirvan və Qarabağ qrupuna aid xalçalar nümayiş olunub.

Diqqətə çatdırılıb ki, 2020-ci ildə Sankt – Peterburqda Rusiya Etnoqrafiya Muzeyinin ekspertləri Azərbaycan Milli Xalça Muzeyinin mütəxəssisləri ilə birgə Rusiyanın ən böyük etnoqrafik muzeyinin kolleksiyasında qorunan Azərbaycana aid xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri üzərində tədqiqat apararaq, onların məişət təyinatını, istehsalat texnikasını, bədii xüsusiyyətlərini öyrəniblər. Bu tədqiqatların nəticəsi kimi irihəcmli kataloq çap edilib və burada 40-dan çox xalça və xalça məmulatları, habelə Azərbaycan sənətkarlarının XIX-XX əsrlərə aid digər dekorativ-tətbiqi sənət əsərləri əksini tapıb.

Drezden Dövlət İncəsənət Kolleksiyaları və Azərbaycan Milli Xalça Muzeyi arasında imzalanmış Anlaşma Memorandumu əsasında bu muzeydə qorunub saxlanılan Azərbaycana aid xalça və xalça məmulatlarının düzgün atribusiyasının aparılması və elmi araşdırılması istiqamətində əməkdaşlıq davam etdirilir.

Azərbaycan Milli Xalça Muzeyi üçün əhəmiyyət kəsb edən eksponatların alınması bəndinə müvafiq olaraq keçən beş il ərzində xarici kolleksiyalarda saxlanılan unikal kompozisiyalara malik xalçalar öz tarixi vətənlərinə qaytarılaraq muzeyin kolleksiyasına daxil edilib. Buna misal olaraq “Xətai” (Qarabağ, XVII ə.), “Naxçıvan” (XVII ə.) “Qarabağ” (XVIII ə.), “Çələbi” (Qarabağ, XIX)”, “Xilə-buta” (Bakı, XIX ə.), “Sırt çiçi”, “Hacıqayıb”, “Uqah” (Quba, XIX ə.), “Sor-Sor” (Şirvan, XIX ə.) və s. qeyd etmək olar.

Bundan başqa muzey tərəfindən yerli insanların təqdim etdiyi sənət əhəmiyyətli xalçalar, həmçinin müasir müəllif xalçaları da əldə olunub.

“Dövlət Proqramının Azərbaycan xalçalarının dünyaya tanıdılması məqsədilə xaricdə sərgilərin təşkil edilməsi, xalçaların müasir interpretasiyası, beynəlxalq əlaqələrin qurulması bəndinə uyğun olaraq Azərbaycan Milli Xalça Muzeyinin 2018-2022-ci illəri əhatə edən fəaliyyəti də geniş olub.

Azərbaycan Milli Xalça Muzeyinin xalça və digər dekorativ-tətbiqi sənət əsərlərindən ibarət eksponatları 2018-ci ildə Moskvada Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyində “7 gözəl”, 2019-cu ildə Dövlət Şərq Xalqları Muzeyində “Məkanın harmoniyası. Azərbaycan ənənəvi sənəti” adlı sərgilərdə nümayiş olunub. 2020-ci ildə Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində Azərbaycan Milli Xalça Muzeyi və “Mərcani” Fondunun birgə təqdim etdiyi “Sovet Azərbaycanın sədası. Xalça. Tikmə. Plakat” adlı sərgi və eyniadlı kitab-kataloqun təqdimatı keçirilib və hər iki muzeyin kolleksiyalarından 1920-70-ci illərə aid xalça, tikmə və plakatlar nümayiş edilib.

2020-ci ilin martında Türkiyənin İstanbul şəhərində Türk və İslam Əsərləri Muzeyində “Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasından Azərbaycan xalçaları”adlı sərgi açılıb və orada bu muzeyin kolleksiyasından XVII-XIX əsrlərə aid nadir və heç vaxt sərgilənməyən on iki Azərbaycan xalçası ilk dəfə sərgilənib.

2021-ci il fevralın 18-də Dövlət Proqramı çərçivəsində Rusiya Etnoqrafiya Muzeyində “Tale ipini xalçalara toxuyaraq... Azərbaycan dekorativ-tətbiqi sənəti Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında” adlı sərgi açılıb. Azərbaycan Milli Xalça Muzeyi ilə işbirliyi sayəsində ərsəyə gələn sərgidə bu muzeydə mühafizə olunan xalça və digər dekorativ-tətbiqi sənət əsərlərimiz nümayiş edilib. Layihənin vacib hissələrindən biri sərgi ilə eyniadlı kitab-kataloqun nəşri olub. 2021-ci ilin iyul-sentyabr aylarında Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində “Kazan Kremli” Dövlət Tarix Memarlıq və İncəsənət Muzeyi – Qoruğunda “Xalça sənəti – mənaların təkamülü” adlı sərgi keçirilib və burada Azərbaycan xalçaçılığına həsr edilmiş böyük ekspozisiya təqdim edilib. Burada tanınmış rəssam Çingiz Babayevin Azərbaycan xalçaçılıq ənənələri üzərində yaradılmış, yeni baxışla interpretasiya olunmuş əsərləri sərginin maraqlı hissələrindən olub. 2021-ci ilin noyabrında Sankt-Peterburq şəhərində Dövlət Ermitajında “Görünməyən incəsənət. İmkan sərhədlərini genişləndirərək” adlı inklüziv sərgi açılıb. Bu layihə Dövlət Ermitajı və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, “Cartier” fransız Zərgərlik-Saat Evinin dəstəyi ilə reallaşıb. Layihə çərçivəsində dünyanın ən qədim xovlu xalçası hesab edilən “Pazırıq” xalçasının taktil fraqmentləri Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunub.

2022-ci il dekabrın 22-də isə Rumıniyanın qədim, tarixi bölgələrindən olan Transilvaniyada yerləşən Sibiu şəhərində “Azərbaycan xalçaları: incəsənətlə öyrənmək” adlı sərgi keçirilib. Brukhental Milli Muzeyinə daxil olan Müasir İncəsənət Muzeyində baş tutan və 31 yanvar 2023-cü ilədək davam edəcək sərgidə muzeyin kolleksiyasından seçilmiş XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid məşhur xalçalar, həmçinin görmə qabiliyyəti məhdud insanlar üçün kiçik ölçülü taktil xalçalar nümayiş ediləcək”, - deyə məlumatda bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır

Abbas Abbasov: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təsisatın əsas prinsiplərinə uyğun həyata keçirilib

Qırğızıstanda dondurma maşını 28 uşağı yaralayıb

“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans

BMU ilə İNHA Universiteti arasında ikili diplom proqramı üzrə Rəhbər Komitənin iclası keçirilib