Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI GÜNÜNÜN TƏSİS EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu və Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən iyunun 23-ü Birləşmiş Millətlər Təşkilatının dövlət qulluğu günü elan edildiyini nəzərə alaraq qərara alıram:

1. Hər il iyunun 23-ü Azərbaycan Respublikasında dövlət qulluqçularının peşə bayramı kimi qeyd edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 may 2006-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin