Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“DÖVLƏT RÜSUMU HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 740; 2002-ci il, № 12, maddə 706; 2003-cü il, № 1, maddə 23, № 8, maddə 428, № 12, I kitab, maddələr 676, 698; 2005-ci il, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006-cı il, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007-ci il, № 2, maddə 80, № 12, maddə 1203; 2008-ci il, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12 maddə 1047; 2009-cu il, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519) aşağıdakı dəyişiklik və əlavələr edilsin:

1. 18.11-ci, 18.12.1-ci, 18.12.2-ci, 18.33-cü, 18.34-cü, 18.48-ci maddələrdə ismin müvafiq hallarında “apellyasiya komissiyası” sözləri ismin müvafiq hallarında “apellyasiya şurası” sözləri ilə əvəz edilsin;

2. aşağıdakı məzmunda 18.34-1-ci, 18.34-2-ci və 18.34-3-cü maddələr əlavə edilsin:

“18.34-1. Əmtəə nişanının geniş tanınmasına dair Apellyasiya şurasına ərizənin verilməsi üçün - 150 manat.

18.34-2. Geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazla bağlı Apellyasiya şurasına müraciət üçün - 120 manat.

18.34-3. Apellyasiya şurasına etirazın baxılma müddətinin altı aydan çox olmayan müddətə uzadılması üçün - 40 manat.”;

3. aşağıdakı məzmunda 18.35-1-ci maddə əlavə edilsin:

“18.35-1. Əmtəə nişanları və coğrafi göstəricilərin qeydə alınması ilə bağlı dövlət rüsumunun ödənilməsi müddətinə əlavə olaraq dörd ay möhlət verilməsi üçün - 30 manat.”;

4. aşağıdakı məzmunda 18.39-1-ci maddə əlavə edilsin:

“18.39-1. Qeydiyyata alınmış əmtəə nişanına dair müstəsna hüquqların müqavilə əsasında başqa şəxsə girov kimi verilməsi ilə bağlı girov müqaviləsinin qeydiyyatı üçün - 60 manat.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin