Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“DÖVLƏT RÜSUMU HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №12, maddə 740; 2002-ci il, №12, maddə 706; 2003-cü il, №1, maddə 23, №8, maddə 428, №12 (I kitab), maddələr 676, 698; 2005-ci il, №1, maddə 1, №6, maddə 462, №8, maddə 684, №10, maddələr 873, 905, №12, maddə 1083; 2006-cı il, №3, maddələr 223, 225, №6, maddə 481, №12, maddələr 1015, 1029; 2007-ci il, №2, maddə 80, №12, maddə 1203; 2008-ci il, №3, maddə 158, №6, maddə 462, №7, maddə 602) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“1.1. Dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).
Heç bir hüquqi və ya fiziki şəxs dövlətin adından bu Qanunun 1.1-ci maddəsinin birinci abzasında göstərilən hakimiyyət səlahiyyətlərini həyata keçirə bilməz.”.
2. 2.0.6-cı maddədə “sənaye mülkiyyəti” sözlərindən əvvəl “standartlaşdırma və metrologiya sahəsində hüquqi hərəkətlər,” sözləri əlavə edilsin;
3. 2.0.11-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatı;”.
4. Aşağıdakı məzmunda 2.0.13 - 2.0.19-cu maddələr əlavə edilsin:
“2.0.13. Baytarlıq şəhadətnaməsinin, sertifikatının və baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi;
2.0.14. Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin, idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının verilməsi;
2.0.15. Dənizçilik sahəsində şəhadətnamələrin, təsdiqnamələrin, gəmi reyestrindən çıxarışların, sertifikatların, dənizçinin qeyd kitabçasının və şəxsiyyət sənədinin verilməsi, kiçik həcmli gəmilərin qeydiyyata alınması, onlara gəmi biletinin verilməsi və texniki baxışın keçirilməsi, kiçik həcmli gəmilərin gəmi reyestrindən çıxarış verilməsi, kiçik həcmli gəmilərin sürücülərinə sürücülük vəsiqələrinin verilməsi;
2.0.16. Mülki aviasiya sahəsində sertifikatların verilməsi, tanınması və müddətinin uzadılması, şəhadətnamələrin, habelə uçuşlara icazələrin verilməsi;
2.0.17. Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlərin göstərilməsi, mövsümi (səyyari) ticarət və xidmət yerlərinin müəyyən edilməsi, habelə küçə reklamının yerləşdirilməsinə birdəfəlik icazənin verilməsi;
2.0.18. xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması;
2.0.19. dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı.”.
5. 12.7-ci və 18.57-ci maddələr çıxarılsın.
 
6. 18.58.1-ci maddədə “45” rəqəmi “1000” rəqəmi ilə, 18.58.2-ci maddədə “25” rəqəmi “1000” rəqəmi ilə əvəz edilsin.
7. Aşağıdakı məzmunda 18.65.5 - 18.67.3.2-ci maddələr əlavə edilsin:
“18.65.5. Sürücülük vəsiqəsinin verilməsi - 15 manat;
18.65.6. Dövlət qeydiyyat nişanlarının verilməsi - 18 manat;
18.65.7. Qeydiyyat şəhadətnaməsinin verilməsi - 15 manat;
18.65.8. Yol şəbəkəsinin müəyyən hissələrinə yük daşıyan nəqliyyat vasitələrinin və avtobusların buraxılması barədə xüsusi buraxılış vəsiqələrinin verilməsi - 5 manat;
18.65.9. Avtomobil yollarının ayırma zolağında inşa olunan obyektlərdə təhlükəsiz hərəkət sxemlərinin hazırlanması və razılaşdırılması - 5 manat;
18.66. Baytarlıq şəhadətnaməsinin, sertifikatının və baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi üçün:
18.66.1. Baytarlıq şəhadətnaməsinin verilməsi (bir sənəd) - 5 manat;
18.66.2. Baytarlıq sertifikatının verilməsi (bir sənəd) - 5 manat;
18.66.3. Baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi (bir preparat) - 50 manat.
18.67. Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin, idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının verilməsi üçün:
18.67.1. Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin verilməsi (bir sənəd) - 50 manat;
18.67.2. İdxal karantin icazəsinin verilməsi (bir icazə) - 3 manat;
18.67.3. Fitosanitar sertifikatlarının verilməsi üçün:
18.67.3.1. Bir poçt göndərişinə (dəst) - 20 qəpik
18.67.3.2. Növündən asılı olmayaraq bir nəqliyyat vasitəsinə (dəst) - 1 manat”.
 
8. Aşağıdakı məzmunda 21.5 və 21.6-cı maddələr əlavə edilsin:
“21.5. İpoteka kağızının dövlət qeydiyyatı üçün - 5 manat;
 21.6. İpoteka kağızının əlavə qeydiyyatı üçün - 2 manat”.
 9. 26-cı maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 26. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün tutulan dövlət rüsumunun dərəcələri
 
 
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
Dövlət rüsumunun məbləği
26.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər:
26.1.1. daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi;
26.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi
 
30 manat 50 manat
26.2. Vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması
20 manat
26.3. Tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində hüquqların qabaqcadan dövlət qeydiyyatı, məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatının ləğvi və dövlət reyestrindən məlumatın verilməsi
 
20 manat
26.4. İpotekanın təkrar və əlavə qeydiyyatı, girovun əlavə qeydiyyata alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi
 
10 manat
26.5. Torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün mərzçəkmə işləri ilə bağlı pilonun vurulmasına görə - hər döngə nöqtəsi üçün
20 manat
26.6. Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə görə
10 manat
10. 27-ci maddənin adı aşağıdakı redaksiyada verilsin:
“Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üzrə dövlət rüsumundan azadolmalar”.
11. Aşağıdakı məzmunda 28-33-cü maddələr əlavə edilsin, 28-ci və 29-cu maddələr müvafiq olaraq 34-cü və 35-ci maddələr hesab edilsin:
 
“Maddə 28. Dənizçilik sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri
 
 
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
Dövlət rüsumunun məbləği
28.1. Azərbaycan Respublikası Bayrağı altında üzmək hüququ (patent) haqqında Şəhadətnamənin verilməsi
 
50 manat
28.2. Berbout-çarter reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə Azərbaycan Respublikasının Bayrağı altında üzmək hüququ haqqında müvəqqəti Şəhadətnamənin verilməsi
 
50 manat
28.3. Dövlət Gəmi Reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə Mülkiyyət hüququ haqqında Şəhadətnamənin verilməsi
 
50 manat
28.4. Heyətin tərkibi haqqında Şəhadətnamənin verilməsi
40 manat
28.5. Neftlə çirklənmənin qarşısının alınması haqqında Şəhadətnamənin verilməsi
50 manat
28.6. Gəmi Reyestrindən çıxarışın verilməsi
25 manat
28.7. Gəminin “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi
 
50 manat
28.8. Gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi
 
50 manat
28.9. Limanın (liman məntəqəsinin) “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi
 
50 manat
28.10. Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi
 
50 manat
28.11. Gəmi komandir və sıravi heyət üzvlərinə İxtisas şəhadətnamələrinin (işçi diplomların) və təsdiqnamələrin verilməsi
 
30 manat
28.12. Gəmi heyət üzvləri üçün hazırlıq kursları sertifikatlarının verilməsi
 
10 manat
28.13. Dənizçinin Qeyd Kitabçasının verilməsi
25 manat
28.14. Dənizçinin şəxsiyyət sənədinin verilməsi
30 manat
28.15. Kiçik həcmli gəmilərə gəmi biletinin verilməsi
10 manat
28.16. Mühərriksiz kiçik həcmli gəmilərin qeydiyyata alınması
5 manat
28.17. Mühərrikli kiçik həcmli gəmilərin qeydiyyata alınması:
28.17.1. Asma və stasionar mühərrikli gəmilər
28.17.2. Yelkənli qayıqlar və yaxtalar
28.17.3. Üzən nasoslar, torpaq sovuran qurğular
 
 
5 manat
5 manat
5 manat
28.18. Kiçik həcmli gəmilərə texniki baxışın keçirilməsi:
28.18.1. Asma və stasionar mühərrikli gəmilər
28.18.2. Yelkənli qayıqlar və yaxtalar
28.18.3. Üzən nasoslar, torpaq sovuran qurğular
28.18.4. Kiçik həcmli gəmilərin dayanacağı üçün baza və körpülər
28.18.5. Mühərriksiz kiçik həcmli gəmilər
 
5 manat
5 manat
5 manat
10 manat
5 manat
28.19. Kiçik həcmli gəmilərin gəmi reyestrindən çıxarış verilməsi
10 manat
28.20. Kiçik həcmli gəmilərin sürücülərinə sürücülük vəsiqələrinin verilməsi
15 manat
 
Maddə 29. Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi
                   hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri
 
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
Dövlət rüsumunun məbləği
29.1. Aeroportlar və ya aerodromlara uyğunluq sertifikatının verilməsi
 
100 manat
29.2. Hava nəqliyyatı istismarçılarına sertifikatın verilməsi
100 manat
29.3. Mülki aviasiya sahəsində fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatının verilməsi
100 manat
29.4. Mülki aviasiya sahəsində fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatının təkrar verilməsi
50 manat
29.5. Hava gəmilərinə qeydiyyat şəhadətnaməsinin verilməsi
50 manat
29.6. Hava gəmisinin tipinin sertifikatının tanınması
50 manat
29.7. Hava gəmilərinə uçuşa yararlılıq sertifikatının verilməsi
50 manat
29.8. Hava gəmilərinə uçuşa yararlılıq sertifikatının müddətinin uzadılması
30 manat
29.9. Hava təhlükəsizliyi və aeronaviqasiya üçün istifadə olunan avadanlıqlara uyğunluq sertifikatının verilməsi
30 manat
29.10. Aviasiya təhlükəsizliyi üçün istifadə olunan avadanlıqlarının sertifikatının tanınması
30 manat
29.11. Xüsusi şəraitdə uçuşların yerinə yetirilməsinə icazə verilməsi
30 manat
29.12. Müntəzəm marşrutlara uçuş icazəsinin verilməsi
20 manat
29.13. Çarter marşrutlara uçuş icazəsinin verilməsi
30 manat
29.14. İATA-nın "Mülki Aviasiya rüsumu" ekonom sinif
1 avro
29.15. İATA-nın "Mülki Aviasiya rüsumu" biznes və birinci sinif
3 avro
Maddə 30. Standartlaşdırma və metrologiya sahəsində hüquqi
                   hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri
 
 
 
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
Dövlət rüsumunun məbləği
30.1. Məhsulların (işlərin, xidmətlərin) idarəetmə sistemlərinin (keyfiyyətin, ətraf mühitin, əməyin mühafizəsinin və təhlükəsizliyinin, ərzaq məhsullarının təhlükəsizliyinin və s.) sertifikatlaşdırılması:
 
30.1.1. Məhsulların (işlərin, xidmətlərin) istehsalına və idxal-ixracına sertifikatın verilməsi
20 manat
30.1.2. İdarəetmə sistemlərinə (keyfiyyətin, ətraf mühitin, əməyin mühafizəsinin və təhlükəsizliyinin, ərzaq məhsullarının təhlükəsizliyinin və s.) sertifikatın verilməsi
 
20 manat
30.1.3. İdarəetmə sistemlərinin (keyfiyyətin, ətraf mühitin, əməyin mühafizəsinin və təhlükəsizliyinin, ərzaq məhsullarının təhlükəsizliyinin və s.) yaradılması sahəsində fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərin AZS Milli Sertifikatlaşdırma Sistemində qeydiyyatı
 
 
20 manat
30.2. Laboratoriya (sınaq və kalibrləmə) və sertifikatlaşdırma üzrə orqanın akkreditasiya olunması barədə attestatın verilməsi:
 
30.2.1. Sınaq və kalibrləmə laboratoriyalarının akkreditasiyası barədə attestatın verilməsi
20 manat
30.2.2. Sertifikatlaşdırma üzrə orqanın akkreditasiyası barədə attestatın verilməsi
20 manat
30.3. Standartlaşdırma sahəsində normativ sənədlərin dövlət qeydiyyatı və onlarda dəyişikliyin aparılması
2 manat
30.4. Ölçmə vasitələrinin tipinin təsdiqi, dövlət reyestrinə salınması və sınaqların aparılaraq attestatın verilməsi
20 manat
 
 
Maddə 31. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilən hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri
 
 
 
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
Dövlət rüsumunun məbləği
31.1. Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlərə görə:
31.1.1. tikintinin layihəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməsi və qeydiyyatdan keçirilməsi
31.1.2. qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada tikintinin eskiz, arxitektura-işçi, konstruksiya layihəsinin ekspertizası
31.1.3. yenidənqurulma və yenidən planlaşdırılma işlərinə icazənin verilməsi
31.1.4. inşaat pasportunun verilməsi
31.1.5. inşaat pasportunun dublikatının verilməsi
 
60 manat
 
 
30 manat
 
50 manat
50 manat
10 manat
31.2. Mövsümi (səyyari) ticarət və xidmət yerlərinin müəyyən edilməsinə görə:
31.2.1. Bakı şəhəri üzrə
31.2.2. Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə
31.2.3. digər regionlar
 
 
   60 manat
20 manat
10 manat
31.3. Küçə reklamı lövhəsinin yerləşdirilməsinə görə birdəfəlik
icazənin verilməsi:
31.3.1. Bakı şəhəri üzrə
70 manat
31.3.2. Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə
50 manat
31.3.3. digər regionlar
35 manat
 
Maddə 32. Xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının
                   tanınması üçün tutulan dövlət rüsumunun dərəcəsi
 
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
Dövlət rüsumunun məbləği
Xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması
15 manat
 
Maddə 33. Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı
                   üçün tutulan dövlət rüsumunun dərəcəsi
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
Dövlət rüsumunun məbləği
Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı
100 manat”.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
 
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 30 dekabr 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin