“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №12, maddə 740; 2002-ci il, №12, maddə 706; 2003-cü il, №1, maddə 23, №8, maddə 428, №12, I kitab, maddələr 676, 698; 2005-ci il, №1, maddə 1, №6, maddə 462, №8, maddə 684, №10, maddələr 873, 905, №12, maddə 1083; 2006-cı il, №3, maddələr 223, 225, №6, maddə 481, №12, maddələr 1015, 1029; 2007-ci il, №2, maddə 80, №12, maddə 1203; 2008-ci il, №3, maddə 158, №6, maddə 462, №7, maddə 602, №12, maddə 1047; 2009-cu il, №1, maddə 5, №2, maddə 56, №3, maddə 160, №7, maddə 519, №12, maddə 947; 2010-cu il, №4, maddə 276, №6, maddə 485, №10, maddə 840, №11, maddə 939) 18.51-ci maddəsində “müqaviləyə” sözündən sonra “və Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında Haaqa müqaviləsinin Cenevrə Aktına” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 fevral 2011-ci il.