Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq    qərara alır:

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12, I kitab, maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80,   № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947; Azərbaycan Respublikasının 2012-ci il 20 noyabr tarixli 470-IVQD nömrəli, 21 dekabr tarixli 511-IVQD, 524-IVQD nömrəli qanunları)aşağıdakı dəyişikliklər edilsin:
1.1. 14.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
 
14.1. Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə:
 
14.1.1. on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə
 
14.1.1.1. bir  yaşınadək uşaqlar üçün
10 manat
14.1.1.2. bir yaşından üç yaşınadək uşaqlar üçün
20 manat
14.1.1.3. üş yaşından on səkkiz yaşınadək uşaqlar üçün
30 manat
14.1.1.4. on səkkiz yaşına çatmış vətəndaşlara
40 manat
14.1.2. beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə
 
14.1.2.1. bir  yaşınadək uşaqlar üçün
20 manat
14.1.2.2. bir yaşından üç yaşınadək uşaqlar üçün
40 manat
14.1.2.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün
60 manat
14.1.2.4. on səkkiz yaşına çatmış vətəndaşlara
80 manat
14.1.3. bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə
 
14.1.3.1. bir  yaşınadək uşaqlar üçün
40 manat
14.1.3.2. bir yaşından üç yaşınadək uşaqlar üçün
80 manat
14.1.3.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün
120 manat
14.1.3.4. on səkkiz yaşına çatmış vətəndaşlara
160 manat
 
1.2. 15-ci maddədən “, 16 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşları” sözləri çıxarılsın;
1.3. 17.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“17.1.1. xidməti və diplomatik pasportların verilməsinə və ya dəyişdirilməsinə görə;”.
 
Maddə 2. Qanunun qüvvəyə minməsi
 
2.1. Bu Qanunun 1.1-ci maddəsi 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.
2.2. Bu Qanunun 1.2-ci maddəsi 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.
 
                                                     İlham Əliyev
                                   Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 19 aprel 2013-cü il. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin