Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
        “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №12, maddə 740; 2002-ci il, №12, maddə 706; 2003-cü il, №1, maddə 23, №8, maddə 428, №12, I kitab, maddələr 676, 698; 2005-ci il, №1, maddə 1, №6, maddə 462, №8, maddə 684, №10, maddələr 873, 905, №12, maddə 1083; 2006-cı il, №3, maddələr 223, 225, №6, maddə 481, №12, maddələr 1015, 1029; 2007-ci il, №2, maddə 80, №12, maddə 1203; 2008-ci il, №3, maddə 158, №6, maddə 462, №7, maddə 602, №12, maddə 1047; 2009-cu il, №1, maddə 5, №2, maddə 56, №3, maddə 160, №7, maddə 519, №12, maddə 947; 2010-cu il, №4, maddə 276, №6, maddə 485, №10, maddə 840; Azərbaycan Respublikasının 2010-cu il 30 dekabr tarixli 39-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. aşağıdakı məzmunda 2.0.3-1-ci maddə əlavə edilsin:
“2.0.3-1. sənədə apostil verilməsi;”;
2. 6-cı maddənin mövcud mətni 6.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 6.2-ci maddə əlavə edilsin:
“6.2. Dövlət rüsumunun məbləğləri barədə məlumat müvafiq xidmət göstərən dövlət orqanının olduğu binanın (otağın) görünən yerində lövhədə yerləşdirilməlidir.”;
3. aşağıdakı məzmunda 13-1-ci maddə əlavə edilsin:
 
“Maddə 13-1. Müvafiq sənədə apostil verilməsi üçün tutulan dövlət
rüsumunun dərəcəsi
 

Dövlət rüsumu tutulmalı olan hərəkətlər
Dövlət rüsumunun məbləği
1
2
Müvafiq sənədə apostil verilməsi.
              10 manat

 
                    
  İlham Əliyev
 Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 18 mart 2011-ci il. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin