Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 671 (Cild I) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.13-cü yarımbəndində “müsabiqələrin keçiril-məsi və müqavilələrin” sözləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalmaların keçirilməsi və satınalma müqavilələrinin” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 may tarixli 214 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 949 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnolo-giyalar Parkında istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi Qaydası”nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.7-ci bəndin birinci cümləsində “tenderlərdə (sorğularda)” sözləri “satınalmalarda” sözü ilə əvəz edilsin;

2.2. 2.8-ci bənddə “güzəştli düzəliş” sözləri “satınalma güzəşti” sözləri ilə əvəz edilsin;

2.3. 2.10-cu bənddə “Tenderlər (sorğular)” sözləri “Satınal-malar” sözü ilə əvəz edilsin;

2.4. 2.14-cü bənddə “dövlət satınalmaları” sözləri “satınalmalar” sözü ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 12 mart 2024-cü il

№ 139

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin