CƏMİYYƏT
Dövlət Sərhəd Xidməti narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı mübarizəni davam etdirir VİDEO
Bakı, 25 may, AZƏRTAC
Dövlət Sərhəd Xidməti narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı mübarizə tədbirlərini davam etdirir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Astara rayonunun Qapıçıməhəllə kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən sərhədboyu zonada keçirilən rejim tədbirləri nəticəsində bir bağlamada külli miqdarda - 7 kiloqram 45 qram narkotik maddə, o cümlədən 4 kiloqram 410 qram həşiş qətranı, 2 kiloqram 275 qram metofetamin və 360 qram heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.