CƏMİYYƏT
Dövlət Sosial Müdafiə Fondunun jurnalistlər arasında keçirdiyi müsabiqəyə yekun vurulmuşdur
Bakı, 23 noyabr (AZƏRTAC). Noyabrın 23-də Dövlət Sosial Müdafiə Fondunda (DSMF) kütləvi informasiya vasitələri arasında “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu: İnkişafın 20 ili” mövzusunda keçirilən müsabiqənin nəticələri acıqlanmışdır.
AZƏRTAC xəbər verir ki, DSMF-in sədri Səlim Müslümov mətbuat işçilərinə əməkdaşlığa, qurumun fəaliyyətini, iqtisadi və sosial sahədə problemlərin həlli yollarının işıqlandırılmasında yardımına görə təşəkkür etmişdir. Bildirilmişdir ki, yazıları və televiziya süjetlərini qiymətləndirmək üçün xüsusi komissiya yaradılmışdı.
Jurnalistlərin cəmiyyətin idarə olunmasında rolunu qeyd edən DSMF-in sədri bu müsabiqənin sosial müdafiə sahəsində şəffaflığın artırılmasında, media nümayəndələrinin sığorta pensiyası sahəsində görülən işlərin işıqlandırılmasında xidmətlərini vurğulamışdır.
Sonda qaliblər mükafatlandırılmışlar.
Qaliblər arasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC-ın) müxbiri Xalid Məmmədov da vardır.