DÖVLƏT YARDIMI SOSİAL PROBLEMLƏRƏ XƏRCLƏNİR
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) yerinə yetirilməsi ilə əlaqədar Tərtər rayonunda yerli özünüidarə orqanları olan bələdiyyələrə 121 milyon 858 min manat dotasiya verilmişdir.
Rayon maliyyə idarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, cari ilin birinci rübündə verilmiş növbəti dövlət yardımı 43 bələdiyyə arasında bölüşdürülmüş və əsasən sosial problemlərin həllinə yönəldilmişdir.