DÖVLƏT YARDIMI SOSİAL PROBLEMLƏRƏ XƏRCLƏNİR
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yerinə yetirilməsi ilə əlaqədar Tərtər rayonunda bələdiyyələrə 121 milyon 858 min manat dövlət yardımı verilmişdir.
Rayon maliyyə idarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, cari ilin birinci rübündə verilmiş növbəti dövlət yardımı 43 bələdiyyə arasında bölüşdürülmüş və əsasən sosial problemlərin həllinə yönəldilmişdir.