DÖVLƏTİMİZİN BAŞÇISININ ŞƏRƏFİNƏ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 24-də Bolqarıstanın Varna şəhərində yerləşən “Evksinoqrad” iqamətgahında Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov və xanımı tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımının şərəfinə nahar verilmişdir.