DSMF-nin xərcləri artıb
Bakı, 16 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin I rübündə proqnozla müqayisədə 9 faiz və ya 183 milyon manat çox olmaqla 2 milyard 132 milyon manat təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 3 faiz və ya 41 milyon manat artaraq 1 milyard 559 milyon manat olub.
Bu ilin 3 ayında DSMF-nin xərcləri isə 2 milyard 53 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 189 milyon manat çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [18:27]
Konstitusiya Məhkəməsinin kollektivi “44” filmini izləyiblər
- 13.11.2026 [18:10]
COP31 çərçivəsində “Tullantısız dayanıqlı həyat” layihəsinin təqdimatı olub
- 13.11.2026 [18:08]
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
- 13.11.2026 [18:01]
Həssas qruplara aid daha 50 şəxs sanatoriya-kurort mərkəzinə yola salınıb
- 13.11.2026 [17:43]