CƏMİYYƏT
DSX: Xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 19 nəfər müəyyən edilib
Bakı, 14 dekabr, AZƏRTAC
Bu il Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 19, məxfi əməkdaşlığa cəlb olunmuş 3 nəfər müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 14-də Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində məlumat verilib.
Bildirilib ki, xarici münaqişə zonalarında döyüşmüş 8 nəfərin şəxsiyyəti müəyyən olunub, onlardan 5 nəfər Azərbaycan vətəndaşı saxlanılıb. Qanunsuz miqrasiya ilə məşğul olan 9 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.