DUBAY ŞƏHƏRİNDƏ DƏNİZ KANALI ÇƏKİLƏCƏK
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) kommersiya paytaxtı Dubay şəhərində dəniz kanalı çəkiləcəkdir. Kanal bu meqapolisin bir hissəsini adaya çevirəcəkdir.
“Ərəb kanalı”nın - bu əzəmətli layihə məhz belə adlandırılmışdır - uzunluğu 75 kilometr, eni 150 metr, dərinliyi isə 6 metr olacaqdır. Kanalda 40 metrədək uzunluğunda yaxtalar kanalda hərəkət edə biləcəkdir.
Kanalın çəkilməsinə bu ilin dekabrında başlamaq nəzərdə tutulur. İlkin işlərin qiyməti 11 milyard dollar olacaq, lakin layihənin tamamilə həyata keçirilməsi yerli hökumət orqanlarına 61 milyard dollara başa gələcəkdir. Kanalın sahillərində təxminən 20 min hektar sahədə yaşıllıq zonası salmaq nəzərdə tutulmuşdur. Parklarla yanaşı, orada mehmanxanalar və əyləncə mərkəzləri, yaşayış binaları və mağazalar, idman və uşaq kompleksləri tikiləcək, kanalın özündə isə su taksiləri işləyəcəkdir.
Kanalın çəkilməsini üç ilə, layihənin tam həcmdə həyata keçirilməsini isə 15 ilə başa çatdırmaq planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.11.2026 [11:46]
İtaliya hibrid təhdidlərlə mübarizəyə 6 milyard avro ayıracaq
- 19.11.2026 [11:38]
ABŞ-də neft ehtiyatları 3,4 milyon barel artıb
- 19.11.2026 [11:26]
Dağıstanda güclü yanğın nəticəsində 7 evə və məktəb binasına ziyan dəyib
- 19.11.2026 [11:22]
Çinin tropik meşələri “Homo erectus”un tarixini yenidən yazır
- 19.11.2026 [11:02]
Misirdə artefaktlarla zəngin olan qədim qəbiristanlıq tapılıb
- 19.11.2026 [11:00]
Əlcəzair, Nigeriya və Niger Transsəhra qaz kəmərinin tikintisini bərpa edir
Hacıqabulda zəlzələ olub
- [10:51]
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub
- 18.11.2026 [23:51]