DUBAYDA İLK TEATR AÇILIB
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Dubay İctimai Teatrının və “Mall of the Emirates” ticarət mərkəzində yerləşən İncəsənət mərkəzinin təntənəli açılışı mərasimi olmuşdur. Teatrda iki müasir salon, musiqi sənətləri mərkəzi, kitabxana və 16 sinif otağı var. Teatrın tikintisinə 6 il vaxt getmiş və 7,3 milyon dollar məbləğində sərmayə qoyulmuşdur.
Teatrın əsasını qoyanların qənaətincə, bu sənət ocağı Birləşmiş Ərəb Əmirliklərinin, digər ölkələrin artistlərinin və ümumiyyətlə sənətsevərlərin əsil məkanı olmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [22:14]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [20:56]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:43]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:23]