DÜNYA
“Dunaferr” kombinatının tətil edən işçilərinə Ukraynadan xammal gətirilməsinin qarşısını almaq imkanı verilməmişdir
Budapeşt, 25 fevral (AZƏRTAC). Macarıstan polisi “Dunaferr” metallurgiya kombinatının tətil edən işçilərinə fevralın 25-də müəssisəyə Ukraynadan əsas xammalın daşındığı dəmir yolunu bağlamağı qadağan etmişdir. Ukrinformun yaydığı məlumata görə, bu barədə tətil komitəsinin rəhbəri Zoltan Muçi məlumat vermişdir.
Tətil komitəsinin rəhbəri demişdir: “Macarıstan Dövlət Dəmir Yol İdarəsinin baş direktoru etiraz aksiyasını qadağan etdiyi üçün polis müəssisənin qapısında Ukraynadan xammalın daşındığı dəmir yolunun 48 saat ərzində tətilçilər tərəfindən bağlanması üçün daha əvvəl verdiyi icazəni geri götürmüşdür”.
Muçinin sözlərinə görə, tətilçilərə xəbərdarlıq edilmişdir ki, onların bazar ertəsi üçün planlaşdırdıqları etiraz aksiyasına qarşı hüquq mühafizə orqanlarının “müvafiq reaksiyası” olacaqdır.
Agentliyin yaydığı xəbərə görə, Macarıstanın Ukraynanın “İndustrialnı Soyuz Donnassa” holdinq şirkətinin törəmə müəssisəsi olan “İCT Dunaferr” QSC (“ISD Dunaferr” Zrt.) iri metallurgiya kombinatında işçilərin müddətsiz tətili keçirilir. Tətil çərçivəsində Ukraynadan xammal gətirilməsinin qarşısını almaq planlaşdırılırdı.
“İCD Dunaferr” QSC işçilərinin müddətsiz tətili 2013-cü ildə əmək haqqının və sosial müavinətlərin ödənilməsi ilə bağlı müəssisənin rəhbərliyi tərəfindən təklif edilmiş kollektiv saziş iki iri həmkarlar təşkilatı və gənclər təşkilatı rədd edildikdən sonra - fevralın 20-dən davam edir.
“İCD-Dunaferr” QSC Macarıstanın ən iri metallurgiya müəssisələri qrupu, habelə Ukrayna iqtisadiyyatının həm Macarıstanda, həm də Mərkəzi Avropada ən sanbalı aktividir. Müəssisədə 7 mindən çox adam işləyir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt