SİYASƏT
DÜNYA AZƏRBAYCANLILARI ƏLAQƏLƏNDİRMƏ ŞURASININ BAKIDA KEÇİRİLƏN İCLASININ İŞTİRAKÇILARI ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, dekabrın 18-də Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının Bakıda keçirilən iclasının iştirakçıları Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər güllər düzülmüşdür.
Sonra qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üstünə tər güllər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə də ziyarət olunmuşdur.
######