ELM VƏ TƏHSİL
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ VƏ YENİ İL BDU-DA QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bakı Dövlət Universitetində (BDU) 31 dekabr -Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramları münasibətilə tədbir keçirmişdir.
BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ümummilli liderimiz Heydər Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün təsis edilməsində əvəzsiz xidmətlərini xatırlatmış və bu bayramın geniş şəkildə keçirilməsinin əhəmiyyətini diqqətə çatdırmışdır.
Rektor xarici ölkələrdə diaspor təşkilatlarımızın fəaliyyətinin genişləndiyini bildirmişdir.
Respublikamızın iqtisadiyyatının dinamik inkişaf etdiyini nəzərə çarpdıran akademik A. Məhərrəmov, eyni zamanda, bayramlar münasibətilə xoş arzularını ifadə etmişdir.
Professor İzzət Rüstəmov və digər çıxış edənlər də tədbir iştirakçılarını təbrik etmişlər.