SİYASƏT
DÜNYA BANKI AZƏRBAYCANI DÜNYANIN ƏN QABAQCIL İSLAHATÇISI KİMİ TANIMIŞDIR
ABŞ-ın Azərbaycandakı səfiri Ann Ders AZƏRTAC-a demişdir ki, Birləşmiş Ştatlar Azərbaycanın müasir, bazar iqtisadiyyatına yönəlmiş demokratiya və regionun lideri kimi inkişaf etmək məqsədinə nail olması üçün ölkədə həyata keçirilən siyasi və iqtisadi islahatları dəstəkləyir.
Səfir bildirmişdir ki, biznesin inkişafı üçün prosedurların sadələşdirilməsi istiqamətində çevik dəyişikliklərə görə Dünya Bankı Azərbaycanı dünyanın ən qabaqcıl islahatçısı elan etmişdir. Dünya Bankının qiymətləndirməsi Azərbaycanın öhdəlik götürüb, irəliləyişə nail olmaq üçün nəyə qadir olduğunu nümayiş etdirir.