DÜNYA
DÜNYA ÇEMPİONATININ QALİBİ OLMAQ ÜÇÜN URUQVAY YIĞMASINA BİR TON ƏT LAZIMDIR
Bakı, 1 iyul (AZƏRTAC). Dünya futbol çempionatının qalibi olmaq üçün Uruqvay yığmasına azı bir ton ət lazımdır.
İTAR-TASS xəbər verir ki, uruqvaylılar CAR-da keçirilən dünya çempionatına məhz bu qədər ət və həmçinin xüsusi aşpaz gətirmişlər.
Milli yığmanın aşpazı Aldo Kauteruçio idmançılar üçün əti təmiz havada xüsusi manqalda hazırlayır. Burada onlar istirahət edib tonusu artıran mate (çay) içirlər. Kim bilir, bəlkə də Uruqvay komandasının dünya çempionatında uğurlu çıxışının sirri məhz elə bundadır.
Futbol üzrə ikiqat dünya çempionu (1930-cu və 1950-ci illərdə) artıq 40 ildir səkkizdəbir final mərhələsindən keçə bilmir. Bu dəfə Cənubi koreyalılar üzərində qələbə onlara dörddəbir final mərhələsinə vəsiqə qazandırmışdır. Sabah uruqvaylılar Qana yığması ilə qarşılaşacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]