İDMAN
Dünya estradasının və kinematoqrafının ulduzu Cennifer Lopes Tofiq Bəhramov adına Respublika stadionunda məşq edir
Bakı, 22 sentyabr (AZƏRTAC). Dünya estradasının və kinematoqrafının ulduzu Cennifer Lopes “JW Marriott Absheron” otelindən mühafizə dəstəsinin müşayiəti ilə Tofiq Bəhramov adına Respublika stadionuna getmişdir.
Sentyabrın 22-də Cennifer Lopes 17 yaşınadək qadınlar arasında dünya çempionatının Tofiq Bəhramov adına stadionda keçiriləcək açılış mərasimində iştirak edəcəkdir. FİFA-nın himayəsi ilə təşkil olunan mundial Azərbaycanda sentyabrın 22-dən oktyabrın 13-dək Bakının 5 və Lənkəranın 1 stadionunda davam edəcəkdir.
Cennifer Lopesin konsertinin təşkili üçün cəlb edilmiş 65 yük maşını, 5 təyyarə və təxminin 500 əməkdaş ilə Bakıya gəlmişdir. Dünya şöhrətli müğənni məxsusi olaraq Bakı tamaşaçıları üçün möhtəşəm konsert proqramı hazırlamışdır. Los-Ancelesdən Bakıya Lopes ilə birlikdə 60-a yaxın komanda üzvü gəlmişdir. Cennifer Lopesin Bakı konserti musiqi sənayesində pirat məhsullara qarşı mübarizəyə həsr olunacaqdır.