MƏDƏNİYYƏT
Dünya rəssamları üçün ksiloqrafik çap üzrə müsabiqə elan edilib
Bakı, 19 fevral, AZƏRTAC
Ksiloqrafik çapda bədii incəsənət nümunələrini nümayiş etdirmək və tanıtmaq məqsədilə Qrenxen Triennalesi dünyanın hər yerindən olan rəssamlar üçün müsabiqə elan edib.
AZƏRTAC xəbər verir ki, müsabiqənin mövzusu “Vaxtsız zaman” adlanır.
İşlər ağ-qara rəngdə çap olunaraq ksiloqrafiya (tipoqrafik çap) ilə elektron formatda təqdim olunmalıdır.
Müsabiqənin qalibinə 1 min İsveçrə frankı dəyərində pul mükafatı veriləcək.
Müsabiqəyə təqdim edilən işlər İsveçrənin Qrenxen, Zoloturn və Evilar şəhərlərinin sərgi məkanlarında nümayiş etdiriləcək.
Müsabiqə haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün https://triennale.ch/ ünvanına daxil olmaq lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [15:40]
Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub
- 07.05.2024 [12:43]
Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb
- 07.05.2024 [12:28]
“Supermen” filmindən ilk kadr yayımlanıb
- 07.05.2024 [11:28]
“Dəli yığıncağı” yenidən Gənc Tamaşaçılar Teatrının səhnəsində
- 07.05.2024 [11:25]
Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür
- 07.05.2024 [10:55]