Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Dünya və Avropa Krav Maqa federasiyalarının prezidenti Qabi Mixaelidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərində parlaq qələbəniz münasibətilə təbrik edirik. İnanırıq ki, Sizin bu qələbəniz və növbəti müddətə prezidentliyiniz regionda təhlükəsizliyin, sülh və əmin-amanlığın qorunmasına töhfə olacaqdır.

Azərbaycana rəhbərlik etdiyiniz 20 il ərzində Siz ölkənizin tərəqqisi, xalqınızın rifahı, əmin-amanlığı üçün çalışmısınız. Siz hər zaman bütün sahələr kimi, idman sahəsinin inkişafına da diqqət göstərmisiniz, humanist dəyərlərə önəm vermisiniz. Müasir Azərbaycan dövləti atanız Heydər Əliyev tərəfindən mükəmməl və ali dəyərlər üzərində qurulmuşdur və Siz də həmişə bu dəyərlərin ən yüksək səviyyədə daşıyıcısı olmusunuz. Əlbəttə, bütün bunlar Sizin bir lider kimi şəxsi keyfiyyətlərinizdən qaynaqlanır. Hər zaman bütün insani dəyərləri öz şəxsinizdə və addımlarınızda əks etdirmisiniz. Xüsusən idman sahəsinə və idmançılara göstərdiyiniz diqqət və qayğı son dərəcə təqdirəlayiqdir. 

Sizin rəhbərliyinizlə Azərbaycanda gənclərin inkişafı üçün bütün zəruri tədbirlər, strateji dövlət proqramları həyata keçirilir. Məhz Sizin diqqət və qayğınız sayəsində Azərbaycanda sağlam ruhlu, nümunəvi vətənpərvər gənclər yetişir, onlar elm, təhsil və idman sahələrində böyük uğurlar qazanırlar.

Möhtərəm cənab Prezident, Sizə bütün təşəbbüslərinizdə və işlərinizdə yeni-yeni nailiyyətlər diləyirik.

Dərin hörmətlə,

 

Qabi Mixaeli

Dünya və Avropa Krav Maqa federasiyalarının prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin