Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Dünyada ilk xalça muzeyinin yarım əsrlik yubileyi

Bakı, 29 mart, AZƏRTAC

Azərbaycan Xalça Muzeyi yaranmasının 50 illiyini qeyd edir. 1967-ci il martın 13-də Azərbaycan SSR Nazirlər Sovetinin 130 nömrəli sərəncamına əsasən beynəlxalq miqyasda yeganə olan bu muzeyin əsası qoyulub. Xalça sənəti Azərbaycan xalqının həyatında müstəsna rol daşıdığına görə, dünyada bu sahə üzrə ilk ixtisaslaşmış müəssisə olan Azərbaycan Xalça Muzeyi məhz ölkəmizdə təşkil edilib. Böyük sənətkar, xalçaçı alim, Xalq Rəssamı Lətif Kərimovun təşəbbüsü ilə yaradılan muzey milli irsin əhəmiyyətli hissəsi sayılan xalça sənətinin və unudulmaqda olan xalça texnologiyalarının qorunub saxlanılmasını təmin edən, təbliği və tədqiqi ilə məşğul olan elmi-tədqiqat mərkəzi kimi bu gün də fəaliyyət göstərir.

Bu illər ərzində muzeyin adı bir neçə dəfə dəyişdirilərək, 1967-1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993-2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014-cü ildən isə Azərbaycan Xalça Muzeyi adlanır.

Muzeyin ekspozisiyası 50 il ərzində müxtəlif təyinatlı binalarda fəaliyyət göstərib. Belə ki, ilk ekspozisiya 1972-ci ildə İçərişəhərdə XIX əsr memarlıq abidəsi olan “Cümə” məscidində, sonra şəhərin Neftçilər prospektindəki Muzey Mərkəzində, hazırda isə məhz Xalça Muzeyi üçün Dənizkənarı Milli Parkın gözəl guşəsində ucaldılan müasir üslublu möhtəşəm tikilidə yerləşib.

Xalqımızın milli irsinin nadir nümunələri sayılan xalça və dekorativ-tətbiqi sənət inciləri hər dəfə fərqli üslublu məkanlarda müxtəlif sərgilərin ekspozisiyalarına özünəməxsus xüsusiyyətlər gətirib. Ancaq məhz yeni binadakı muzey ekspozisiyasında geniş halda 7 kolleksiyaya (“Xovsuz xalçalar”, “Xovlu xalçalar”, “Xalça məmulatları”, “Bədii metal”, “Çini, şüşə, ağac, kağız”, “Parça, geyim, tikmə” və “Zərgərlik məmulatları”) daxil olan sənət nümunələri - xüsusilə də əsrarəngiz xalçalarımız layiqli şəkildə nümayiş olunmaq fürsəti qazanıb.

Kolleksiyanın çox hissəsi ötən əsrin 70-80-ci illərində son dərəcə dəqiqliklə və mükəmməl şəkildə toplanıb. Həmin dövrdə ölkənin aparıcı xalçaçı-alimləri, sənətşünasları və etnoqraflarının daxil olduğu ekspedisiyaların respublikanın müxtəlif guşələrinə ezam olunması nəticəsində dekorativ-tətbiqi sənət nümunələri aşkarlanıb. Görkəmli xalçaçı-rəssam Lətif Kərimov başda olmaqla muzeyin ekspertləri tərəfindən toplanan əşyalar bu gün dünya incəsənət xəzinəsinin qiymətli nümunələri kimi qəbul olunur. Bu gün muzey fondları 10 mindən çox eksponatdan ibarət unikal kolleksiyaya malikdir. Onun böyük bir hissəsini xovsuz və xovlu xalçalar, xalça məmulatları təşkil edir. Bu Azərbaycan xalçalarının bütün növ və qrup kompozisiyalarının təqdim olunduğu ən dolğun və zəngin kolleksiyadır.

Muzeyin maraqlı kolleksiyası elmi-tədqiqat işi üçün tükənməz mənbədir. Yaranma tarixindən başlayaraq muzey elmi-tədqiqat və tədris mərkəzi olmaqla ölkəmizin mədəni həyatında fəal iştirak edir, beynəlxalq əlaqələr, fondların komplektləşdirilməsi və sosial sahələr üzrə işlər aparır.

Bu gözəl sənət məbədinə müxtəlif illərdə Əziz Əliyev (1967-1982) və Röya Tağıyeva (1983-2015) başçılıq edib. 50 il ərzində muzey dünya səviyyəsində bir çox uğurlara imza atıb, həm ölkəmiz, həm keçmiş sovetlər birliyi, həm də beynəlxalq miqyasda Azərbaycan xalçasının tanıdılması və təbliğində böyük rol oynayıb. Buna misal olaraq, ötən əsrin 70-ci illərində muzey kolleksiyasının bir qisminin Almaniyada və İtaliyada sərgilənməsini və bir sıra nəşrlərdə işıqlandırılmasını göstərmək olar. Muzeydə müvəffəqiyyətlə 30-a yaxın beynəlxalq miqyaslı sərgi təşkil edilib. Bu da Azərbaycan xalçasına həsr olunmuş böyük elmi simpoziumların təşkilinə zəmin yaradıb.

İlk simpozium Azərbaycan Xalça Muzeyinin təşəbbüsü və UNESCO-nun dəstəyi ilə 1983-cü ildə Bakıda təşkil olunub. Simpozium ümummilli lider Heydər Əliyevin dəstəyi və xalça ustası Lətif Kərimovun səyi ilə keçirilmişdir. Azərbaycan xalçasının tanıdılması ilə bağlı digər beynəlxalq simpoziumlar - 1988 və 2003-cü illərdə Bakıda, 2007-ci ildə isə Mədəniyyət və Turizm Nazirliyi və UNESCO-nun təşkilatçılığı ilə UNESCO-nun Parisdəki mənzil qərargahında təşkil olunub. Sonuncu Azərbaycan xalçası üzrə beynəlxalq simpozium Lətif Kərimovun 100 illiyinə həsr olunub ki, bu da ölkəmizdə xalça ustasına olan xüsusi hörmətin əyani göstəricisidir.

Muzeyin yaradılmasında, xalçaçılıq sənətinin inkişafında və xalça sənətinin bədii-texniki inkişafında Lətif Kərimovun rolu danılmazdır. 2016-cı ildə MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun dəstəyi ilə Lətif Kərimovun 110 illiyinə həsr edilmiş “Xalçaçılıq sənəti” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə MDB ölkələrindən dəvət olunmuş xalçaçı mütəxəssislər iştirak ediblər. Bu tədbir çərçivəsində Ümumrusiya Dekorativ-Tətbiqi və Xalq İncəsənəti Muzeyi (Moskva) ilə birgə Lətif Kərimovun 110 illik yubileyinə həsr olunmuş maraqlı sərgi açılıb və muzey tərəfindən görkəmli xalça ustadı Lətif Kərimova həsr olunmuş kitab nəşr olunub.

Son illərdə muzey bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. O cümlədən, 2016-cı ilin yaddaqalan tədbirlərindən biri I Beynəlxalq “Türk dünyasının ortaq dili − naxışlar” adlı simpoziumun keçirilməsidir. Cari ilin may ayında II simpoziumun keçirilməsi planlaşdırılır.

Muzey aktiv olaraq sosialyönümlü ictimai layihələr həyata keçirir. Kolleksiya nümunələrinin, xalqımızın adət və ənənələrinin müxtəlif yaş qrupları arasında təbliği və yaxından öyrənilməsi məqsədilə xüsusi tədris proqramları reallaşdırılır. Kiçik yaşlı tamaşaçılar üçün əyləncəli oyun proqramlarından tutmuş, elmi-populyar mühazirələrə, ustad dərslərinə kimi elmi-maarifləndirici proqramlar cəmiyyətimizin hər üzvünün tələblərini nəzərə alır. “Ailə günü” adlı layihə geniş spektorlu proqramdır. Bundan başqa, muzeydə maraqlı kurator layihəsi olan “Bir eksponatın tarixi”, ölkəmizin müxtəlif elm sahələrində çalışan tanınmış alimlərin mühazirələri, unudulmaqda olan xalça və tikmə texnologiyalarının öyrənilməsi və tədris olunması üzrə ustad dərsləri keçirilir.

2017-ci il muzeyin həyatında çox əlamətdar bir tarixdir. Muzey öz 50 illik yubileyini təntənəli surətdə qeyd etməyə hazırlaşır. Belə ki, bu il silsilə tədbirlərin təşkili planlaşdırılır. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən oktyabrın 17-dən 20-dək Bakıda V Beynəlxalq Azərbaycan xalçası simpoziumu keçiriləcək. Simpozium Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin birgə iştirakı ilə reallaşacaq. Xalça Muzeyi tədbir çərçivəsində bir neçə sərgilərin təşkilini, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birgə “Azərbaycan Xalça Muzeyi - 50 il” kitabının təqdimatını nəzərdə tutur.

Xalqımızın mədəni həyatında əhəmiyyətli yer tutan Azərbaycan Xalça Muzeyi bundan sonra da öz fəaliyyətini yüksək səviyyədə davam etdirərək milli ruhumuzun əksi olan qiymətsiz sənət nümunələrini daima yaşadacaq.

Şirin Məlikova

Azərbaycan Xalça Muzeyinin direktoru,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar VİDEO

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb