DÜNYA
Dünyanın ən zəngin ölkəsinin acları
Bakı, 8 iyun (AZƏRTAC). ABŞ iqtisadiyyatı Böyük depressiya dövründən sonra ən irimiqyaslı böhranından yavaş-yavaş özünə gəlməyə başlamışdır. Vaşinqton ölkənin ən zəngin rayonlarından biri olaraq qalmaqdadır. Böhran demək olar ona toxunmamışdır.
Lakin Vaşinqtonun özündə də yoxsulluq həddindən aşağıda yaşayan insanlar vardır. Köməyə ehtiyacı olanların sayı 2007-ci ildən etibarən 25 faiz artmışdır. Onlara tez-tez xeyriyyə yeməkxanasında rast gəlmək olar. Çox vaxt insanlar bura ailəvi gəlirlər.
Xeyriyyə təşkilatları bir-birinə kömək etməyə çalışırlar.
Başqa bir könüllü demişdir: “Bizdə istifadə olunmamış ərzaq məhsullarını qadınlar üçün sığınacaqlara veririk. Orada qadınlar – həm yeniyetmə qızlar, həm də yaşlı qadınlar getdikcə daha da çoxalır”.
Minlərlə könüllünü öz fəaliyyətinə cəlb edən “Food Bank” (Vaşinqton dairəsi) qeyri-hökumət xeyriyyə təşkilatı şəxsi ianələr hesabına fəaliyyət göstərir. Onun rəhbərlərindən biri Dilan Mengi demişdir: “Food Bank” paytaxtımıza lazımdır, çünki bu regionda 680 minədək adam ac qalmaq təhlükəsi ilə üzləşmişdir. Vaşinqton dünyanın ən zəngin ölkəsinin ən zəngin şəhərlərindən biridir. Buna baxmayaraq, insanların bizə müraciət etdiklərini görürük, çünki onların ərzaq yardımına ehtiyacı vardır”.
“Food Bank” ilə əməkdaşlıq edən xeyriyyə yeməkxanaları, evsiz adamlar üçün sığınacaqlar, dini təşkilatlar vasitəsilə hər il ən yoxsul amerikalılara 15 min ton ərzaq paylanır.
Hər il 18 mindən çox könüllü dünyanın ən zəngin ölkəsinin paytaxtında aclıq çəkənlərin qarnını doydurmağa kömək edir. Könüllülər üçün ən başlıcası şəfqət və həmrəylikdir. Hökumətin fəaliyyəti uğursuzluğa düçar olan bir zamanda məhz belə münasibət Amerikanı güclü edir.