DÜNYA
Dünyanın məşhur alış –veriş saytlarında satışa çıxarılan “Apple” planşetlərini sayı artmışdır
Bakı, 3 yanvar (AZƏRTAC). Milad bayramından sonrakı gün ərzində dünyanın məşhur alış -veriş saytlarında min ədəd yeni “Apple” planşeti satışa çıxarılmışdır.
AZƏRTAC xəbər verir ki, onlayn satış saytlarının Britaniya şöbəsində hərraca çıxarılan istifadə olunmuş malların sayı Miladdan sonrakı gün xeyli artmışdır. Ümumiyyətlə, saytlarda istifadəyə ehtiyacı duyulmayan 100 min hədiyyənin satışa çıxarılacağı ehtimal edilir.
Kompyuter və planşetlərin sayının 25 faiz, oyuncaqların sayının isə 8 faiz artacağı gözlənilir. Ən çox satışa qoyulan “iPad Air” planşetləridir. Son günlər satışa bu planşetlərin yeni modelindən 750 ədəd çıxarılmışdır. Saytlara 250 ədəd “iPad Mini”-nin satış elanı da yerləşdirilmişdir.
Hədiyyə olunan “Android” planşetlərdən “xilas olmaq” istəyənlərin sayı daha azdır. Miladdan sonra saytda 200 bu tipli qurğu satışa qoyulmuşdur.
Analitiklər bu müşahidələrdən təəccübləniblər. Çünki “iPad” ənənəvi olaraq bayramda ən çox arzu olunan hədiyyə sayılırdı. Ehtimal olunur ki, “Apple”dan olan planşetlərin baha qiymətə satılması səbəbindən “Android”lərin satışı əlverişli deyildir.