Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Dünyanın tanınmış qələm adamları ermənilərin Gəncə və Bərdədə törətdikləri terrorla bağlı bəyanat yayıb

Dünyanın tanınmış qələm adamları ermənilərin Gəncə və Bərdədə törətdikləri terrorla bağlı bəyanat yayıb

Bakı, 29 oktyabr, AZƏRTAC

ABŞ, Rusiya, Hindistan, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Türkmənistan, Bolqarıstan, Şimalı Makedoniya, Moldova, İslandiya, İspaniya, İraq, Gürcüstan və Azərbaycanın bir qrup tanınmış qələm adamı Ermənistan silahlı qüvvələrinin Gəncə və Bərdədə törətdikləri terrorla bağlı bəyanat yayıb.

AZƏRTAC-a daxil olan bəyanatda deyilir:

“Biz, ayrı-ayrı ölkə və ədəbi qurumu, media orqanını təmsil edən yazarlar, bütün dövrlərin böyük şairi Nizami Gəncəvinin doğma yurdu Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən ard-arda atəşə tutulmasından sonra bu dəfə mütəfəkkir şairin sevə-sevə vəsf etdiyi Bərdə şəhərinin qadağan olunmuş “Smerç” kaset raketləri ilə atəşə tutulmasından sarsılmışıq. Biz bununla bağlı öz narahatlığımızı, hiddətimizi bildiririk. Biz, qələm adamları çox narahatıq ki, döyüş bölgəsindən on kilometrlərlə uzaqda yerləşən Gəncə və Bərdənin (eləcə də digər yaşayış məntəqələrinin - Tərtər, Goranboy, Ağcabədi və b.) səbəbsiz yerə ağır silahlardan atəşə tutulması nəticəsində ölənlər, yaralananlar var, xeyli mülki infrastruktur, dinc əhalinin evləri dağılıb. Rəsmi təsdiq olunmuş bilgilərə görə, sentyabrın 27-dən hazırkı vaxtadək dinc yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb. Ən dəhşətlisi, ölən və yaralanan azərbaycanlıların bir hissəsi körpə, uşaq, qadın və qocadır...

Artıq heç bir təminat yoxdur ki, atılan mərmilərdən daha biri Nizami Gəncəvinin məqbərəsinə dəyməyəcək, bütün dövrlərin oxunan, öyrənilən mütəfəkkir şairinin ruhunu narahat etməyəcək. Hər günahsız insanın həyatını itirməsi haqq dünyasında olan şairlərin, yazarların ruhunu incidir, yaşayan şairlərin, yazarların həyatına və əsərlərinə çökür... Biz istərdik, gələcək nəsillərə körpələrin, uşaqların, qadın və qocaların günahsız ölümlərinin ağırlığını deyil, beynəlxalq ictimaiyyətin ədalətini ötürək. Dünyanı ədalət xilas edəcək!

Biz, qələm adamları, Ermənistanı mülki əhalini hədəf almaqdan çəkindirmək üçün bütün dünya yazarlarını öz haqq səslərini qaldırmağa çağırırıq. Bu bəyanat qoşulmaq üçün açıqdır.

Əziz şairlər, yazıçılar, publisistlər! Sizə müraciət edirik! Ümidvarıq ki, sizlərin dünyanın dörd yanından ucalan səsiniz, ədalətli mövqeyiniz təcavüzkar üçün çəkindirici faktora çevriləcək.

Biz bu bəyanatımızla BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin (nəhayət) yerinə yetirilməsinin həyati önəm daşıdığını bildiririk. Əgər dünyanın hər yerindən, dünyanın ən mötəbər təşkilatının qətnamələrinin yerinə yetirilməsi tələb edilsə, bu müsbət presedent yaradardı; qələmin, qələm adamlarının gücü görsənərdi; bəlkə daha kimsə təcavüzkarlığa, günahsız qan axıdılmasına həvəslənməzdi...

Bir daha dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün həmkarlarımızı, böyük söz ustadlarının Vətəni olan Azərbaycanın günahsız körpə, uşaq, qadın və qocaları daxil olmaqla, mülki şəxslərin öldürülməsinə qarşı öz sözü, qələmi, əsəri, kitabı ilə etiraz etməyə çağırırıq!

Türkiyə:

İbrahim Yavuz Bildik - şair, keçmiş millət vəkili

Sami Gökmən - keçmiş millət vəkili

Yaqub Öməroğlu - Avrasiya Yazarlar Birliyinin rəhbəri, filologiya elmləri namizədi, dosent

Osman Baş - “Dünya - DER” rəhbəri, şair-publisist, TİKA-nın Bakıdakı keçmiş koordinatoru, Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Məsləhət Şurasının üzvü

Kəramətdin Yılmaz - Ölüdəniz Bələdiyyəsinin keçmiş rəhbəri

Hikmət Ərən -“EkoAvrasiya” jurnalının qurucu-baş redaktoru, araşdırmaçı-yazar, DGTYB Məsləhət Şurasının üzvü

Coşğun Qarabulud - şair, ədəbiyyatşünas, Fəthiyyə Ədəbiyyat Qrupunun (FƏQ) üzvü, DGTYB Məsləhət Şurasının üzvü

Oktay Yivli - şair, professor

Mustafa Doğan - Mersin Şairlər-Yazarlar Dərnəyi rəhbəri

Nurcan Gökmən - şair, FƏQ üzvü

Gülsərən Pars - sənətçi, FƏQ üzvü

Əsər Tuncoğlu - sənətçi, FƏQ üzvü

Afi Can - yazar, FƏQ üzvü,

İlkay Çiğdəm - yazar, FƏQ üzvü

Mahmut Özkoca - şair-yazar, Hatayda çıxan “Zeytun” jurnalının yayın yönətməni

Cəlal Bozqurd - jurnalist, köşə yazarı

Məlahət Özçoban - Göllər bölgəsi Şair-Yazarlar Dərnəyi rəhbəri, DGTYB Məsləhət Şurasının üzvü,

Alptekin Cevherli - “Mələklər Yayıncılığ”ın qurucu-başqanı, araşdırmaçı-yazar, DGTYB Məsləhət Şurasının üzvü

Eren Elmalı - “Yesevi Ocağı” rəhbəri

Yücel Alpay Dəmir - “Türk Ocaqları” Kocaeli şöbəsinin rəhbəri

Süleyman Pekin - “Aydınlar Ocağı” Kocaeli şöbəsinin rəhbəri

Bülənt Maşaoğlu - URAL Dərnəyi rəhbəri

Dərya Akdəmir - yazıçı, “ANKA” Dərnəyi rəhbəri

Qazaxıstan:

Muxtar Şaxanov - Qazaxıstanın Xalq şairi, Türk xalqları Aydınları Birliyinin rəhbəri

Akberen Elgezek - şair-publisist, Qazaxıstan Yazıçılar Birliyi (QYB) sədrinin I müavini, DGTYB Məsləhət Şurasının üzvü

Devlətkərəy Kapoğlu - şair, Əməkdar mədəniyyət işçisi, QYB Nur-Sultan filialını rəhbəri, DGTYB Məsləhət Şurasının üzvü

Devletbek Baytursunoğlu - şair-publisist, QYB-nin üzvü, “Alaş” Xalqlararası Ədəbiyyat mükafatı laureatı

Kudiyar Bilal - QYB-nin üzvü, mədəniyyət xadimi, Qazaxıstan

Erkinbek Serikbay - yazıçı, Türk xalqları arasında ədəbi əlaqələri inkişafetdirmə Fondunun rəhbəri, DGTYB-nin üzvü

Qırğız Respublikası:

Nurlan Kalıbekov - şair, Qırğız Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi, DGTYB Məsləhət Şurasının üzvü

Altınbek İsmail - şair-tərcüməçi, DGTYB Xalqlararası koordinatoru

Kaliça Jakup - şair, DGTYB-nin üzvü

Özbəkistan:

Babaxan Şərif - tərcüməçi, filologiya elmləri doktoru, professor

Cabbar İşənkul - filologiya elmləri doktoru, ədəbiyyatşünas, professor, DGTYB Məsləhət Şurasının üzvü

Şahina İbrahimova - tərcüməçi, filologiya elmləri namizədi

Qoşqar Norkobil - yazıçı-dramaturq, “İnsan və qanun” qəzetinin baş redaktoru

Xasiyyət Rüstəm - “Kitab Dünyası” qəzetinin baş redaktoru, DGTYB Məsləhət Şurasının üzvü

Fəxriyar Nizam - şair-tərcüməçi, DGTYB Məsləhət Şurasının üzvü

Türkmənistan:

Murat Toylu - jurnalist, TRT “Türkmən masası”nın rəhbəri, DGTYB Məsləhət Şurasının üzvü

ABŞ:

Ocean Vuonq - şair-publisist, “American Book Award” mükafatı laureatı

Traci Dauqherri - yazıçı, PEN Yazarlar qurumunun üzvü

Rusiya:

Svetlana Şilina - şair, biblioqraf

Afaq Şıxlı - şair-tərcüməçi, Rusiya Yazıçılar Birliyinin üzvü

Ukrayna:

Tudora Arnaut - şair-publisist, dosent-doktor

Lesya Pimonenko - türkoloq, “Maydan” Tərcümə Bürosunun müdiri

Artem Bulgari - Ukrayna Qaqauzlar Birliyinin sədri

Bolqarıstan:

Rafet Uluturk - “BULTÜRK - Bolqarıstan türkləri Mədəniyyət və Xidmət Birliyinin sədri, araşdırmaçı-yazar, DGTYB Məsləhət Şurasının üzvü

Ərdal Karabaş - Bolqarıstan Statejik Araşdırma Mərkəzi rəhbəri

Seniha Rasim Sabri - Avropa Bolqarıstan Türkləri Dərnəyi rəhbəri

Hindistan:

Anita Desai, yazıçı, Xalqlararası “The Guardian” Uşaq kitabları mükafatı laureatı

Şimali Makedoniya:

Enes İbrahim - Quzey Makedoniya Xalq Məclisinin deputatı, araşdırmaçı-yazar, ictimai-siyasi xadim

Hüsrev Emin - Quzey Makedoniya Türk QHT-ləri Birliyi (MATÜSİTEB) rəhbəri

Leyla Şərif Emin - şair-publisist, “Köprü” kültür-sənət jurnalının baş redaktoru

Moldova:

Güllü Qərənfil - şair-publisist, Komrat Dövlət Universitetinin müəllimi

Alla Böyük - şair-publisist, DGTYB üzvü

İslandiya:

Sjon Siqurdsson - yazar, tənqidçi, “Quzey ədəbiyyat Ödülü” laureatı

İspaniya:

Joan Margarit i Consarnau - şair, Xalqlararası “Servantes” mükafatı laureatı

İraq:

Fövzi Əkrəm Tərzioğlu - İraq parlamentinin keçmiş deputatı, İraq Türkman Şair-Yazarlar Birliyinin sədri, DGTYB Məsləhət Şurasının üzvü

Şəmsəddin Kuzəçi - Türk Dünyası Gənc İlətişimçilər Birliyi rəhbəri, şair, DGTYB Məsləhət Şurasının üzvü

Gürcüstan:

Baqatel Arabuli - Gürcüstan Yazıçılar Birliyinin (GYB) rəhbəri

Eka Kaçaya - “Mpobi” jurnalının baş redaktoru

Allahverdi Təkləli - GYB Azərbaycan bölməsinin rəhbəri

Azərbaycan:

Əkbər Qoşalı (Yolçuyev) - şair-publisist, Xalqlararası “Alaş” ədəbi mükafatı laureatı

DGTYB Məsləhət Şurasının rəhbəri”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını ram etmək mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib