DÜŞƏNBƏDƏ DÖVLƏT BAŞÇILARININ GÖRÜŞÜ
Tərəflər belə bir yekdil fikir söyləmişlər ki, yeni təhdidlər və müasir dünyaya qarşı hədə-qorxular, o cümlədən terrorizm, ekstremizm, narkotik maddələrin qanunsuz dövriyyəsi regionun xalqları və ölkələri, ümumən, bütün dünya üçün təhlükə törədir.
Sonra MAƏT-in üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının tərəflərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə iclası keçirilmişdir. İclasda əvvəllər imzalanmış sazişlərin, MAƏT çərçivəsində hidroenergetika, ərzaq və nəqliyyat konsorsiumları yaradılmasına dair qərarların həyata keçirilməsi məsələləri, ümumi Mərkəzi Asiya bazarı yaradılması konsepsiyasının layihəsi haqqında qərar və digər məsələlər müzakirə edilmişdir. Xüsusi vurğulanmışdır ki, MAƏT-in nüfuzu ildən-ilə artır və güclənir. Rusiyanın bu təşkilatda tamhüquqlu üzv kimi iştirakı qurumun fəaliyyətinə yeni təkan verəcək və strateji əhəmiyyətli vəzifələrin həllinə, eləcə də təhlükəsizliyin və regional əməkdaşlığın inkişafının təmin olunmasına kömək edəcəkdir. İclasda regional təhlükəsizliklə və MAƏT ölkələrinin Əfqanıstanla əməkdaşlığının əsas istiqamətləri ilə bağlı məsələlərə dair qərar qəbul olunmuşdur.
Dövlət başçıları müvafiq protokolu imzaladıqdan sonra Rusiya Federasiyası Mərkəzi Asiya Əməkdaşlıq Təşkilatı yaradılması haqqında Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan arasında bağlanmış müqaviləyə qoşulmuşdur.
İclasda Əfqanıstanın keçid hökuməti sədrinin müavini Hidayət Əmin Ərsalo bu ölkəni qonaq qismində təmsil edirdi.