SİYASƏT
Düşmən cavab atəşi ilə susdurulmuşdur
Bakı, 26 mart (AZƏRTAC). Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, erməni silahlı bölmələri martın 25 və 26-da gecə Ağdam rayonunun işğal olunmuş Sarıcalı, Qaraqaşlı, Goranboy rayonunun Gülüstan, Cəbrayıl rayonunun Mehdili, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan, Aşağı Seyidəhmədli, Tərtər rayonunun Çiləbürt, Goyarx, Nəmirli kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.